02/12/2020 07:19
728 x 90

Qaradağda ölüm faktına görə cinayət işi açıldı

img

Qaradağ Rayon Prokurorluğundan “Bakı-Xəbər”ə verilən məlumata görə, iyunun 15-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Burfanov Nemət Müşfiq oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Rayon Prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla “Elektrik Quraşdırma” müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun “Cənub” və “Qobu” elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsilə birləşdirən zaman qeyd edilən yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq öldüyü müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər