DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə martın 9-da rayonda yerləşən evlərin birindən 3500 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən rayonun Yenikənd kənd sakini Ə.Fərzəliyev saxlanıb.
Dindirilmə zamanı Ə.Fərzəliyev torətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, Ə.Fərzəliyevin başqa cinayət hadisələrində iştirak edib-etmədiyi araşdırılır.