Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycanda dollara tələbat bir ayda düz üç dəfə azaldı – valyuta bazarında yeni şok…

Image


Dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyətin hökm sürdüyü bir vaxtda maliyyə bazarlarında proseslərin hansı istiqamətdə cərəyan edəcəyi xüsusi maraq doğurur. Özü də o fonda ki, cari il ərzində ABŞ öz valyutasını ucuzlaşdırmağı düşünür. Düzdür, ABŞ-ın Federal Ehtiyat Sistemi son iclasında uçot dərəcəsini sabit saxlayıb. Qurum  uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb. 

Amma ABŞ prezidenti Donald Tramp, əvvəlki kimi, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini azaltmasını istəyir. Tramp Avropa ölkələri ilə rəqabətə davamlılığı artırmaq üçün faizin endirilməsini zəruri sayır. Xatırladaq ki, ötən il Federal Ehtiyat Sistemi uçot dərəcəsini 3 dəfə endirib. Cari il ərzində qurumun, ən azından, iki dəfə də uçot dərəcəsini endirməsi gözlənir. Bunun nəticəsində dolların digər valyutalar, o cümlədən manat qarşısında məzənnə itkisinə məruz qalması qaçılmaz sayılır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda son dövrlərdə dollara tələbin kəskin şəkildə azalması müşahidə olunur. Belə ki,  Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon dollar məbləğində vəsait satılıb. Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində isə 886,35 milyon dollar məbləğində vəsait satılıb. Beləliklə, yanvar ayında dekabr ayı ilə müqayisədə valyuta satışı 3 dəfəyə yaxın azalıb. Qeyd edək ki, Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində isə 634,9 milyon dollar satılıb. İndi maraq doğuran məsələ dollara tələbin nədən belə kəskin şəkildə azalmasıdır.

Ekspertlər hesab edir ki, son dövrlər dollara tələbin aşağı düşməsi ilk növbədə idxalın azalması və qlobal bazarlarda baş verən hadisələrlə əlaqəlidir. Məhz bu səbəbdən Dövlət Neft Fondunun valyuta satışı ilə bağlı dekabr və yanvarda keçirilən hərracları arasında ciddi fərq var. Dollara tələbin azalmasının digər  səbəbi yanvar ayında Çində koronavirus epidemiyasının yayılması ilə də əlaqələndirilir. Çünki Azərbaycanda idxalın müəyyən hissəsi Çinin payına düşür. Hazırda Çindən karqo və sərnişin təyyarələrinin ölkəyə uçuşları dayandırılıb. Bu fonda epidemiya idxalda tələbin azalmasına ciddi təsir göstərib. Digər tərəfdən, Azərbaycan idxal etdiyi bəzi məhsulları yerli istehsalla əvəzləyib. Bu da dollara tələbi azaldır. Söhbət burada ilk növbədə qida sektorundan gedir. Azərbaycan qida üzrə idxalı əhəmiyyətli dərəcədə azaldıb. Bu da dollara tələbi aşağı salır. Dollara tələbin azalması isə manatın məzənnəsinə bahalaşma təzyiqi yaradır. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov dollara tələbin azalması ilə bağlı qeyd edir ki, bunun iki səbəbi ola bilər: "Birinci səbəb odur ki, ölkədə sərt pul-kredit siyasəti davam etdirilir və pul kütləsi, yəni manat kütləsi azdır. Manat kütləsinin az olması da dollara tələbatı azaldır. İkinci səbəb budur ki, pul kütləsi düzgün idarə olunduğu halda real sektorda investisiyalar artırsa, ölkədən valyuta, kapital qaçışı azalır və idxala olan tələbat da azalır. Burada daha çox birinci səbəb göstərilə bilər, yəni pul kütləsinin yenə də sıxılması. Valyutaya tələbatın azalması yaxşı haldır, amma ikinci səbəbdən olsa idi, daha məqbul olardı. Çünki pul kütləsinin sıxılması vasitəsilə dollara tələbatın azalması dolların bahalaşmamasını şərtləndirsə də, iqtisadiyyatın dayanıqlı inkişafı mümkün deyil. Pul kütləsinin sıxılması bütövlükdə işgüzar fəallığın, investisiyaların azalmasına səbəb olur. Bu da yolverilməzdir".

Onun fikrincə, valyuta satışının azalması tam müsbət hal kimi dəyərləndirilə bilməz: "Bu, o vaxt tam müsbət hal olardı ki, iqtisadiyyatda investisiyalar artsın, pul kütləsi artsın, kreditləşmə yumşaq şərtlərlə çoxalsın. Bu halda dollara tələbat artmasa və yaxud azalsa, bunu müsbət hesab etmək olar. Dollara tələbatın azalması şərtilə investisiyaların artımına nail olunsa, onda bu, tam müsbət hal olar". Hələlik isə hesab edilir ki, qarşıdakı dövr ərzində dollara tələbin azalması davam edəcək. Burada rol oynayan məqamlardan biri həm də odur ki, Mərkəzi Bankın depozit hərracları manat bazasını qısamüddətli olsa da azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir. Eləcə də banklardan vəsaitlərin nağdlaşdırılmasına tətbiq edilən limitlər nağd pul həcmini azaldır. Yəni, hətta büdcədən hesablara ayrılan və eləcə də özəl şirkətlərin özlərinin gəlirlərinin nağdlaşdırma ilə bağlı qadağaların tətbiq edilməsi manat kütləsinin həcmini aşağı salır. Nəticədə, dollara tələb yaradacaq və valyuta bazarında məzənnəni optimallaşdıracaq vəsaitlər bank hesablarında qalır  və onlar bazara daxil olmur. Bu da dollar tələbini əhəmiyyətli dərəcədə aşağı salır. Ekspertlər  vurğulayır ki, növbəti dövrdə milli valyutanın məzənnəsinin necə dəyişməsi birbaşa manat bazasının həcmindən asılı olacaq. Əgər manat bazasının məhdudlaşdırılması prosesi davam edərsə, o zaman dollara tələb aşağı olaraq qalacaq. Dollara tələbi sadəcə dövriyyədə manat kütləsinin artması yüksəldə bilər. Amma bu yüksəlmə ekspertlərin fikrincə yenə çox yüksək olmayacaq. Xüsusən də daxili istehsalın artması, qeyri-neft sektoru üzrə ixracın yüksəlməsi dollara tələbi azaltmaqda davam edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ