23/02/2020 11:45
728 x 90

Maliyyə-bank sektorumuzda daha bir “baş-ayaq” proses - əməkhaqqı kartları artır, kredit kartları azalır, həm də əhali əmanətlərinin artdığı şəraitdə...

Natiq Cəfərli: “Valyuta depozitlərinə bağlı olan kredit kartlarının ləğv edilməsi, dövriyyədən çıxarılması...”

img

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ildə ölkədə əməkhaqqı kartlarının sayı 276 min ədəd artıb, kredit kartlarının sayı isə 63 min ədəd azalıb.

2019-cu ilin sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil edib. Maraqlıdır,  banklarda əmanətlərin və istehlak kreditlərinin həcminin artdığı ərəfədə kredit kartlarının sayının azalması nə ilə bağlıdır?

  • “Kredit kartlarında azalma valyuta depozitlərində müşahidə edilir”

İqtisadçı-ekspert Natiq Cəfərli bizimləı söhbətində bildirdi ki, azalma valyuta depozitlərində müşahidə edilir və bu azalmaya əsas səbəb kredit kartlarının ləğv edilməsi, dövriyyədən çıxarılmasıdır: “Əslində, Mərkəzi Bankın özünün bununla bağlı bir analizi olmalı idi. Banklardan aldığı məlumatlar əsasında bu analizi etsəydi, ona uyğun da müəyyən fikirlərin bildirilməsi mümkün olardı. Təəssüf ki, Mərkəzi Bankın açıqlamasında ancaq rəqəmsal olaraq göstərilir. Bunun səbəbləri ilə bağlı isə analizi görmürük, lakin bu vacib məsələdir. Çünki banklardan alınan məlumatların toplanması problemin çözümü üçün əsas məlumat bazası təşkil edir.

Mənim ehtimallarıma görə, Azərbaycanda bank sektorunda və manat depozitlərində ciddi azalma yoxdur. Yeganə azalma valyuta depozitlərində olub. Valyuta depozitlərinə bağlı olan kredit kartlarının ləğv edilməsi, dövriyyədən çıxarılması müəyyən azalmaya səbəb olub. Çünki valyuta kreditlərinin faizi kifayət qədər aşağı salınıb. Valyuta depozitlərində illik ortalama 1,5 və 2 faiz civarındadır. Bu da vətəndaşlara sərf etmir. Yəni 10 min dollarlıq depozitə ildə cəmi 150-180 dollar almaq insanlara sərf etmir və bu risqə getmək istəmirlər. Çox zaman bunun alternativi olaraq yatırım mənbələri axtarırlar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu dövr ərzində azərbaycanlıların Türkiyə və Gürcüstandan daşınmaz əmlak alışı artıb. Ola bilər ki, ölkəmizdəki depozitlərin bir qismi qonşu ölkələrdə daşınmaz əmlak bazarına yatırılır. Çünki orada gəlirlilik yüksəkdir. Həm Gürcüstanda, həm də Türkiyədə daşınmaz əmlakın gəlirliliyi illik olaraq təxminən 6 və 8 faizarası dəyişir. Bu, depozitdən daha sərfəlidir. Yəni yeganə ehtimal valyuta depozitlərinin azalması və buna bağlı olan kredit kartlarının dövriyyədən çıxması ola bilər.

Ekspert hesab edir ki, kredit kartlarının sayının azalması çox ciddi şəkildə deyil.

Günel CƏLİLOVA

Son xəbərlər