Cümə axşamı günü, 15 oktyabr 2026
     

Elman Rüstəmovun son 5-6 ildəki "uçot-stavka" əməliyyatları hansısa müsbət nəticə veribmi...

Image


Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın (MB) ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Tutaq ki, kommersiya bankı Mərkəzi Bankdan 1 milyon dollar götürə bilər. 1 ildən sonra isə o Mərkəzi Banka ondan əldə etdiyi ümumi məbləği və + həmin dövr ərzində toplanmış yenidən maliyyələşmə dərəcəsini (uçot dərəcəsini) geri qaytarmalıdır.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, MB uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Ancaq gəlin görək ötən illər ərzində Azərbaycanda MB tərəfindən uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin aşağı düşməsinə təsir göstəribmi? Məlumat üçün qeyd edək ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı MB 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub. 2015-ci ildə məlum devalvasiyadan sonra uçot dərəcəsi dəyişməyə başladı. Təxminən son 6 ildə Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı 20 dəfədən çox qərar qəbul edib. Məsələn, 2012-2015-ci illərdə faiz dərəcəsinə 5 dəfə baxılıb və faiz 3-5% intervalında olub. Lakin 2016-2017-ci illərdə üst-üstə mərkəzləşdirilmiş kredit faizinə 7 dəfə yenidən baxılıb və uçot dərəcəsi 5-15% aralığında dəyişib. 2016-cı ilin sentyabrından 2018-ci ilin fevralınadək uçot dərəcəsi 15% səviyyəsində sabit saxlanıb. Azərbaycan reallığında uçot dərəcəsində baş verən kəskin dəyişikliklərlə milli valyutanın məzənnəsində baş verən dəyişikliklər arasında əlaqə yoxdur. Xüsusilə də 2012-2014-cü illərdə faiz dərəcəsinin 3.5-5% intervalında hərəkət etdiyi dövrdə manatın məzənnəsi tam qalmış, 2015-2017-ci illərdə isə dərəcənin 3%-dən 15%-ə yüksəldiyi şəraitdə milli valyuta nəinki bahalanmış, əksinə 2 dəfədən çox dəyər itirmişdi.

2018-ci ildə MB uçot dərəcəsini 4 dəfə aşağı salıb. Belə ki, 12.02.2018 tarixində uçot dərəcəsi 13 faizə, 10.04.2018 11 faizə, 14.06.2018 10 faizə, 30.10.2018-də isə 9.75 faizə endirilib. Bununla belə, təkcə 2019-cu ildə MB 8 dəfə uçot dərəcəsini aşağı salıb. Belə ki, ötən il ərzində uçot dərəcəsi 9,75 faizdən 7,5 faizə endirilib.

O da məlumdur ki, Azərbaycanda uçot dərəcəsi ilə kredit faizləri arasında bir uyğunsuzluq var. Reallıq ondan ibarətdir ki, banklar, faktiki olaraq, Mərkəzi Bankın bu yöndə atdığı addımları saya salmır. Əslində uçot dərəcəsi düşdükcə, kredit faizləri də aşağı düşməlidir. Ancaq bu bizdə ya baş vermir, ya da çox zəif formada özünü göstərir. Dünən Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bütün bu deyilənlərin fonunda maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Uçot dərəcəsi ilə bağlı dəyişikliklərin konkret hansısa nəticələri olubmu? Ümumiyyətlə, bunun bir nəticəsi olubmu? MB-nin sözügedən əməliyyatının valyuta bazarında, pul sistemində hansı pozitiv və neqativ dəyişikliklərə səbəb olub?

Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyevin sözlərinə görə, demək ki, MB-nin uçot dərəcəsi ilə bağlı verdiyi qərarların heç bir nəticəsi olmayıb, bu doğru olmaz: “Olub, amma bu, elə də böyük olmayıb. Uçot dərəcəsində baş verən dəyişikliklərin MB-nin kommersiya sektoruna verdiyi mərkəzləşdirilmiş kreditlərin həcminə və dinamikasına təsiri olur. Ötən illər ərzində elə vaxtlar olub ki, MB uçot dərəcəsini artırıb. Elə vaxtlar da olub ki, uçot dərəcəsi aşağı salınıb. Uçot dərəcəsi o vaxt artırılıb ki, MB kommersiya banklarının digər mənbələrdən vəsait almasında maraqlı olub. Yəni, komersiya bankları əhalidən və beynəlxalq maliyyə təşkilatlarından vəsait alsınlar. Belə olan halda banklar məcbur olur ki, depozitlərlə bağlı yüksək faizlər təklif etsinlər. Yəni, əhali banka əmanət qoymaqda maraqlı olsun. Belə olan halda əhali əmanətlərini bankdan çıxarmır və yığıma meylli olur. MB məlum devalvasiyadan sonra uçot dərəcəsini kəskin artırdı. Çünki əhali kütləvi şəkildə milli valyutada olan vəsaitlərini banklardan çıxarırdı. Banklardan vəsaitlərini çəkməsin deyə uçot dərəcəsi artırıldı. Nəticədə bir müddət sonra milli valyuta ilə banklara əmanətlərin qoyulması artmağa başladı. Son illər milli valyuta ilə bağlı yığımlarda stabilləşmə yarandığı üçün MB uçot dərəcəsini aşağı salmağa başlayıb. Məqsəd odur ki, əhali yığımla yanaşı, istehlaka pulu yönəltsin. Belə olan halda banklar həm depozit faizlərini aşağı salır, həm də real sektora vəsait qoymaqda maraqlı olurlar. Əhalinin banklara qoyduğu vəsaitlər həm qısamüddətlidir, həm də uzunmüddətli. Banklar kredit faizlərini aşağı salsalar, o zaman real sektora daha çox vəsait yönələcək. Bəzən deyirlər ki, kredit faizləri aşağı düşməyib. Bu doğru yanaşma deyil. Ötən müddət ərzində kredit faizləri 29 faizdən 16,5 faizə düşüb, amma bu yetərli deyil. Kredit faizləri bir qədər də aşağı salınmalıdır ki, sahibkarlar, əhali real sektora daha çox vəsait yönəldə bilsin”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ