Cümə axşamı günü, 15 oktyabr 2026
     

Yüksək bank faizlərinin yaratdığı bahalaşma problemi – Azərbaycanda…

Image


Azərbaycanda kredit faizlərinin yüksək olması, həmçinin banklarda depozit və kredit faizləri arasındakı fərqin böyük olması hələ də aktuallığını qoruyan əsas mövzular sırasında yer alır. Araşdırmalar göstərir ki, kredit faizlərinin formalaşmasına bir neçə amil təsir edir. Bunlardan birincisi vəsaitin cəlb edilməsi mənbəyidir. Azərbaycan bankları üçün əsas maliyyə mənbəyi onların öhdəliklərinin təqribən dörddə üçünü təşkil edən depozitlərdir. Amma depozit faizləri aşağı olsa da, bankların təqdim etdiyi kredit faizləri yüksəkdir.

Düzdür, banklar bunu digər bir faktla izah etməyə çalışır. Onlar iddia edir ki, depozit faizlərindən əlavə xərclərlə üzləşirlər. Belə ki, filial, şöbə və bankomat şəbəkəsinin saxlanması, işçilərə əmək haqqının ödənilməsi, digər bu kimi istiqamətlərə xərclənən vəsaitlər üzündən banklar faizləri yüksək saxlamaq məcburiyyətində olduqlarını bildirir. Eləcə də problemli kreditlər üzündən banklar faizləri yüksək saxladıqlarını bəyan edirlər. Amma araşdırmalar onu da göstərir ki, istər problemli kreditlərin yaranma səbəbi, istərsə də faizlərin yüksək olmasının əsas günahkarı elə bankların özüdür. Onların indiki şəraitdə depozit faizləri ilə kredit faizləri arasında fərqi endirməsi mümkün sayılır və bu zaman banklar yenə mənfəətlə işləyə bilər. Amma banklar bunu etmir və bunun zərəri ümumi iqtisadiyyata da dəyir. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında keçirilən görüşdə sahibkarların səsləndirdiyi fikirlər də aydın göstərir. Burada iş adamları bildirib ki, məhsulların maya dəyərinin yüksək olması rəqabət qabiliyyətinə mənfi təsir göstərir.  Məhsulların maya dəyərinin yüksək olmasının əsas səbəblərindən biri isə məhz bahalı kreditlərdir. Görüş zamanı sahibkarlar logistika qiymətlərinin də maya dəyərində xüsusi rolu olduğunu bildiriblər.

Yaranmış vəziyyətdə kreditlərin faizlərinin aşağı salınmasının, əslində məhsulların maya dəyərinin aşağı düşməsinə də təsir etməsi gözlənilən hal sayılır. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov “sputnik “portalına açıqlamasında da xüsusi vurğulayır. Ekspert bildirib ki, Azərbaycanda yüksək faizlə kreditlərin verilməsi məhsulların maya dəyərinin artmasının əsas səbəblərindən biridir: "İlk növbədə məhsulun maya dəyəri ona görə yüksəkdir ki, kreditlər çox yüksək faizlə reallaşdırılır. Bununla yanaşı, bitkiçilik sahəsində maya dəyəri yüksək deyil. Amma məhz dövriyyə, tədavül, ticarətlə bağlı olan seqmentlərdə problemlər yaranır. Son nəticədə pərakəndə və istehlak bazarında qiymətlər yüksək olur. Yəni burada problem tənzimləmə ilə bağlıdır. Hökumətin iqtisadi bloku bu istiqamətdə tənzimləmə siyasətini və bazarın idarəedilməsi prosesini daha effektiv şəkildə reallaşdırmalıdır. Kreditləşmə yumşalmasa, tədavül xərcləri ilə bağlı inhisarçılıq aradan qalxmasa, bazarda qiymətin yüksək olması və inflyasiya meylləri davam edəcək. Maya dəyərinin aşağı olması üçün ilk növbədə kreditlərin faizləri kəskin şəkildə aşağı salınmalıdır. İkincisi, real sektora vergi siyasəti ilə bağlı müxtəlif stimullaşdırıcı güzəştlər edilməlidir. Belə olanda sahibkar əldə etdiyi vəsaiti öz istehsal prosesinə qoymaqda maraqlı olacaq və investisiyaların yerləşdirilməsi innovasiyalara səbəb olacaq. İnnovasiyalar da məhsulun maya dəyərinin aşağı düşməsi deməkdir". Onun fikrincə, burada kreditlər, fiskal tənzimləmə, ticarət mübadiləsi, qiymət siyasəti ilə bağlı sistemli yanaşma olmalıdır: "Bazar iqtisadiyyatı şəraitində dövlətin qiymət siyasətinə müdaxiləsindən çəkinməməliyik. Çünki bütün normal iqtisadi sistemlərdə dövlət qiymət siyasətini tənzimləyir. Bizdə bazar iqtisadiyyatı dedikdə bir çoxları xaos başa düşür. Xaos olanda, dövlət tam şəkildə bazardan çəkiləndə və bazarda inhisarçılar öz mövqelərini diqtə edəndə, sözsüz ki, qiymətlər qalxacaq. Ona görə ki, yüksək maya dəyərli məhsul alan sahibkarlar onun satışına öz ticarət əlavəsini də qoyanda qiymətlər artır. Rəqabət üstünlükləri ilk növbədə məhsulun maya dəyəri ilə bağlıdır. Məhsulun maya dəyəri yüksək olanda xarici bazarlara çıxmaq da çətinləşir. Xarici bazarlarda rəqabət aparmaq üçün biz mütləq real sektoru stimullaşdırmalıyıq".

Bütün bunlar bir daha göstərir ki, bankların kredit faizlərini aşağı salması böyük zərurətdir. Digər tərəfdən bu, bankların özləri üçün də zəruridir. Belə ki, kredit faizlərinin yüksək olması gələcəkdə kreditin qaytarılmama risqini artırır, nəticədə əsas zərərçəkmiş tərəf bankların özləri olur. Belə vəziyyətdə bankların əsas hədəfi ucuz maliyyə resurslarına çıxış əldə etməklə aşağı faizli kreditlər və xidmətlər təklif etmək olmalıdır. Bu hal ümumi ölkə iqtisadiyyatı üçün də zəruri əhəmiyyət kəsb edir. Real bazar da rəqabət tələb edir, rəqbət isə daha aşağı faizlər və keyfiyyətli xidmətlərə əsaslanır. Bunu bankların da nəzərə alması onların effektiv fəaliyyəti üçün mühümdür.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ