Səfir: “Britaniya və Azərbaycanı uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir”
Böyük Britaniya və Azərbaycan mütəxəssislərinin əməkdaşlığı geniş çeşiddə məhsul istehsal etməyə imkan verəcək.
Trend-in məlumatına görə, bunu Britaniyanın "Millers Oil" şirkətinin direktoru Ceym Bernard Rayan şirkətin Azərbaycanda istehsalat sahəsinin açılışına həsr olunmuş tədbirində deyib.
O əlavə edib ki, gəlcəkdə isə Azərbaycan bu məhsulları bütün regiona ixrac edə bilər.
“Böyük Britaniya və Azərbaycanı energetika sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir”. Bunu isə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Britaniyanın “Millers Oil” şirkətinin Azərbaycanda istehsalat sahəsinin açılışına həsr olunmuş tədbirdə deyib.
Xanım səfir Britaniya şirkətinin Azərbaycanda istehsalat sahəsinin açılışı məsələsinə toxunaraq bunu önəmli adlandırıb və deyib: "Azərbaycan Milli Elmlər Akademiyasının “Millers Oil” ilə əməkdaşlığı Azərbaycanın istehsal potensialı üçün böyük addımdır və artıq ölkədə ən yeni texnologiyaların istifadəsinə yol açıb".
Diplomat Azərbaycanı “Əsrin müqaviləsi”nin müddətinin uzadılması münasibətilə də təbrik edib: “Bu, Azərbaycana və azərbaycanlılara öz təbii resurslarından tam ölçüdə yararlanmağa imkan verəcək”.