çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Əlilliyə görə pensiya alanların pensiyaya çıxma şərtləri dəyişdirilə bilər

Image


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir. Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir”.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

“Artıq bir neçə gündür ki, respublikamızın ali maliyyə qanunu - büdcə zərfi və onunla bağlı digər sənədlər parlamentin komitə və plenar iclaslarında geniş müzakirə olunur. Debatlarda büdcənin mahiyyətini təmin edən əsas müddəalar daha çox diqqəti cəlb edir. Bunlardan birincisi dövlət büdcəsinin mədaxil hissəsinin əvvəlki ilə nisbətən 20% artması, ikincisi ölkədə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı geniş miqyaslı iqtisadi və sosial islahatların sənəddə rəqəmlərlə bariz ifadəsi, üçüncüsü və düşünürəm ki ən əsası büdcəmizin sosial yönümlü və investisiya tutumlu olmasıdır. Bütün müzakirələr bir daha onu göstərdi ki, Azərbaycanın sosial iqtisadi inkişafının baş məqsədi vətəndaşın güzəranının yaxşılaşdırılması, onun üçün hər cür yaşam şəraitinin yaradılmasıdır. Sizə paylanmış büdcə zərfində bir sıra əsaslı özəlliklər diqqəti cəlb edir. Belə ki, bu il əvvəlki illərdə bizə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi kimi ünvanlanan sənədlər, indi “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi” kimi təqdim olunur. Düşünürəm ki, müzakirəni bu kontekstdə aparsaq daha səmərəli olardı”, - deyə H.Rəcəbli vurğulayıb.

Komitə sədri qeyd edib ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin mədaxil və məxarici bütövlükdə 3 mlrd. 578 mln. 760 min təşkil edir. Onun sözlərinə görə, gəlirlərin böyük bir qismi təxminən 2 mlrd. 300 mln. manatı məcburi dövlət sığorta haqları hesabına formalaşır: “Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 mlrd. 400 mln. manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqları bu dəfə 60 milyon manata çatdırılıb. Ötən illə müqayisədə ümumi məbləğlərdən tutmuş bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir. İlk dəfədir ki, bu sənəddə dövlət büdcəsindən transfert ifadəsi işlədilmir. Bu fikir sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının imkanlarının balanslaşdırması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kimi ifadə olunur. Bu o deməkdir ki, 1992-ci ilə qədər hesablanan əmək stajı və sığorta məbləğinin formalaşması, imtiyazlı pensiyaların müəyyənləşməsi və digər bu tipli ödənişlər dövlətin öhdəliyi kimi maliyyələşdiriləcəkdir. Göstərilən vəsaitin məbləği bu il 1 mlrd. 300 mln. təşkil edir. Onu da qeyd edim ki, bu rəqəm əvvəlki büdcələrdə ümumi mədaxilin 42%-ə qədərini təşkil edirdisə, indi bu faiz 36,3%-ə enib. Bu bir daha onu göstərir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yığım faizini hiss olunan qədər artıraraq bu sahədə işlərini xeyli yaxşılaşdırıb”.

H.Rəcəbli əlavə edib ki, işəgötürmə sistemində sənədləşdirmə sahəsində boşluqları və digər mövcud ehtiyat mənbələrini dərindən təhlil edilib və prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası komissiyası yaradılıb ki, bu da gələcəkdə vətəndaşların sosial sığortaya daha dəqiq cəlb olunmasında mühüm rol oynayacaq.

“Digər önəmli məsələ bu il “Əmək pensiyaları haqqında” Qanuna etdiyimiz əsaslı dəyişikliklərin maliyyə tutumunun bu büdcədə təzahür olunmasından ibarətdir. İslahatların pozitiv məqamlarından birincisi pensiya haqlarının əvvəlki illərdən fərqli olaraq indeksləşməsi prosesi yalnız pensiyanın baza hissəsinə deyil, bütöv pensiya məbləğinə şamil olunmasıdır ki, bu da ödəmələrin həcminin xeyli artmasına xidmət edəcək. İkinci maraqlı məqam pensiya yaşı ötmüş çalışan işçilərin bu müddətdə ödədikləri sığorta haqqının da müvafiq zamandan sonra yenidən çözülərək, vətəndaşın pensiyasına əlavə vəsaitin hesablanması məqamıdır ki, bu da məbləğin hiss olunan dərəcədə çoxalmasına xidmət edəcək. Digər bir məsələ isə artıq gələn ildən əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulmuş işsizliyə görə sığorta haqqı üçün nəzərdə tutulan vəsaitin bu büdcədən çıxarılaraq ayrı bir sistemdə formalaşmasıdır. Bütün bu yeniliklər və islahatlar pensiya ödəmələrinin əsaslı artmasına, gələcəkdə isə bir az da çoxalmasına xidmət edəcək”, - deyə H.Rəcəbli vurğulayıb.

Onun sözlərinə görə, gələn il üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3,5 mlrd. manatı yəni 98%-ə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaq: “Komitə iclasında əlaqədar icra orqanlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə uğurlar, müsbət tendensiyalarla yanaşı bir sıra digər maraqlı fikirlər də səsləndi. Belə ki, bu sahədə debitor borclarının yığılması ilə bağlı daha ciddi tədbirlərin görülməsinə ehtiyac olduğu xüsusilə vurğulandı. Eyni zamanda Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, təxminən 2016-cı ildə dövlət sosial sığortasına cəlb edilməyən ümum daxili məhsuldakı rəqəm artıq 1 mlrd. 100 mln. manatı keçib. Bu da onu göstərir ki, bütün dövlət strukturlarının birgə əməkdaşlığı nəticəsində sığorta fonduna əlavə vəsaitlərin cəlb olunması üçün böyük ehtiyat mənbələri vardır. Düşündürən məsələlərdən biri də, əlilliyə görə pensiyaya çıxanlar qismən azalsa da, faiz olaraq ümumi pensiyaçıların tərkibində yüksək olaraq qalmaqdadır. Belə ki, əlilliyə görə pensiya alanların 385 min nəfər təşkil etməklə ümumi pensiyaçıların təxminən 29,2%-ni qədər olur. Hesab edirəm ki, bu qrup insanların pensiyaya çıxma şərtlərinin yenidən işlənməsinə ehtiyac var”.

Millət vəkili “İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında da danışıb: “Bu ilin büdcə zərfinin müzakirələrində yeni bir sənəd “İşsizlikdən sığorta fondunun büdcəsi” hamımızın diqqətini cəlb etdi. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi bir neçə ay bundan öncə Milli Məclisə daxil olmuş “İşsizlikdən sığorta haqqında” Qanunda özünün bariz əksini tapıb. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlib. Son iki ildə orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət edib, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət alıb. Bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşıb və bu məqsədə 16 milyon manat vəsait ayrılıb. Özünüməşğulluğun ölkə üzrə hərtərəfli və genişmiqyaslı tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi BMT-nin Beynəlxalq Əmək Təşkilatı ilə birgə dünya təcrübəsinin öyrənilməsi məqsədi ilə sahəsində bir sıra maraqlı layihələr həyata keçirib. Onu da qeyd etməyi vacib sayıram ki, əvvəlki illərdən fərqli olaraq məşğulluq xidmətinin fəaliyyəti köklü dəyişdirilib, burada yeni faydalı əsas istiqamətlər müəyyənləşdirilib”.

Komitə sədri vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 89 mln. manatdan bir az çoxdur. Onun sözlərinə görə, Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 mln. 726 min manatını təşkil edəcək: “Bu vəsait artıq dövlət büdcəsində nəzərdə tutulub. Digər bir rəqəm başqa sığorta edənlərin hesabına formalaşır ki, bu da təxminən 53 mln. manat təşkil edir. Sizinlə birgə qəbul etdiyimiz qanuna əsasən bu fonda işəgötürənlər və işçilər hər biri əmək haqqı fondunun 0,5%-i məbləğində ümumilikdə 1% vəsait köçürəcəklər. Fondun baş məqsədi, aktiv məşğulluğun təmin olunmasıdır. Bütövlükdə fondun fəaliyyətinin fəlsəfəsi ondan ibarətdir ki, gələcəkdə yardım sistemindən, ələbaxımlıqdan, şəxsiyyətin deqradasiyasından məşğulluğun bu və ya digər formasına keçməkdir. Belə ki, bu büdcənin xərclərinin 35,8 mln. manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 mln., haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaq. Diqqəti cəlb edən bir rəqəmi də nəzərinizə çatdırmaq istəyirəm. İşsizliyə görə sığorta ödəmələri hissəsi 3 dəfə artıb 33,5 mln. manat təşkil etsə də, bu göstərici yenə də özünüməşğulluq tədbirlərinə ayrılan vəsaitdən azdır. Bu bir daha onu göstərir ki, baş məqsəd vətəndaşlarımızın məşğulluğunun təmin olunmasıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ