Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsi bildirir ki, son dövrlərdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.
DGK bildirir ki, hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.
Baki-xeber.com