Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı "Niva" markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanıb.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 15.000 ədəd "De Santıs White" və 17.000 ədəd "Cavallo Play" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumat "Bakı-Xəbər"ə DGK mətbuat xidmətindən daxil olub.