Cümə günü, 23 oktyabr 2026
     

Ver­gi­lər Na­zir­li­yi­nin rəh­bər şəxslə­rin­dən önəm­li açıq­la­ma­lar gəl­di

Image


Be­la­rus­da 36, biz­də 11 fa­iz...

 

Ötən gün Ver­gi­lər Na­zir­li­yin­də öl­kə­nin apa­rı­cı KİV nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı ilə Ver­gi Mə­cəl­lə­si­nə edi­lən əla­və və də­yi­şik­lik­lə­rə həsr olun­muş mət­bu­at konfran­sı ke­çi­ril­di.

Mət­bu­at konfran­sın­da çı­xış edən ver­gi­lər na­zi­ri­nin mü­a­vi­ni, 3-cü də­rə­cə­li ver­gi xid­mə­ti mü­şa­vi­ri Sa­hib Ələk­bə­rov bil­dir­di ki, dün­ya iq­ti­sa­diy­ya­tın­da baş ve­rən pro­ses­lər Azər­bay­can iq­ti­sa­diy­ya­tı­na tə­sir edir. Azər­bay­can döv­lə­ti əha­li­nin ri­fah ha­lı­nın yax­şı­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də ar­dı­cıl təd­bir­lər gö­rür. Dün­ya ba­za­rın­da nef­tin ucuz­laş­ma­sı sə­bə­bin­dən gə­lir­lə­ri­miz aza­lıb. Bu­na bax­ma­ya­raq, əha­li­nin so­si­al mü­da­fi­ə­si güc­lən­di­ril­mə­li­dir. Büd­cə da­xi­lol­ma­la­rı­nın tə­min olun­ma­sın­da ver­gi or­qan­la­rı­nın da üzə­ri­nə bö­yük və­zi­fə dü­şür.

S.Ələk­bə­ro­vun söz­lə­ri­nə gö­rə, Mil­li Məc­lis tə­rə­fin­dən qə­bul olu­na­raq öl­kə Pre­zi­den­ti İl­ham Əli­yev tə­rə­fin­dən im­za­la­nan "Ver­gi Mə­cəl­lə­sin­də də­yi­şik­lik­lər edil­mə­si haq­qın­da" Qa­nun ver­gi sis­te­min­də həm həcm, həm də ma­hiy­yət ba­xı­mın­dan ol­duq­ca cid­di də­yi­şik­lik­lə­rə əsas ve­rir. Bü­töv­lük­də, Ver­gi Mə­cəl­lə­sin­də 201 də­yi­şik­li­yin apa­rıl­dı­ğı­nı qeyd edən na­zir mü­a­vi­ni Mə­cəl­lə­yə 115 ye­ni mad­də­nin əla­və olun­du­ğu­nu, 83 mad­də­yə isə də­yi­şik­lik edil­di­yi­ni və 3 mad­də­nin ləğv olun­du­ğu­nu di­lə gə­tir­di: "Edi­lən də­yi­şik­lik­lər­dən 123-ü ver­gi in­zi­bat­çı­lı­ğı­nın, o cüm­lə­dən ver­gi uço­tu­nun tək­mil­ləş­di­ril­mə­si və şəf­faf­laş­dı­rıl­ma­sı, 34-ü ver­gi ödə­yi­ci­lə­ri­nin hü­quq­la­rı­nın ge­niş­lən­di­ril­mə­si, 8-i isə ver­gi yü­kü­nün azal­dıl­ma­sı, ver­gi gü­zəştlə­ri və ver­gi­dən aza­dol­ma­lar­la bağ­lı­dır".

S.Ələk­bə­ro­vun söz­lə­ri­nə gö­rə, öl­kə Pre­zi­den­ti­nin bu ilin av­qust ayın­da im­za­la­dı­ğı "2016-cı il­də ver­gi sa­hə­sin­də apa­rı­la­caq is­la­hat­la­rın is­ti­qa­mət­lə­ri"nin təs­di­qi və ver­gi in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si haq­qın­da" Sə­rən­ca­mı­na əsa­sən ha­zır­lan­mış əla­və və də­yi­şik­lik­lə­rin əsas məq­sə­di sa­hib­kar­lı­ğın, xü­su­si­lə də ki­çik və or­ta biz­ne­sin in­ki­şa­fı­na da­ha əl­ve­riş­li şə­ra­i­tin ya­ra­dıl­ma­sı, ver­gi or­qan­la­rı və sa­hib­kar­lıq sub­yektlə­ri ara­sın­da qar­şı­lıq­lı eti­ma­dın for­ma­laş­dı­rıl­ma­sı, nağdsız əmə­liy­yat­la­rın həc­mi­nin və ver­gi mü­hi­ti­nin cəl­be­di­ci­li­yi­nin ar­tı­rıl­ma­sı yo­lu ilə iq­ti­sa­diy­ya­ta in­ves­ti­si­ya qo­yu­luş­la­rı­nın təş­viq edil­mə­si, ix­ra­cın sti­mul­laş­dı­rıl­ma­sı, dü­rüst və şəf­faf uço­tun qu­rul­ma­sı­dır.

Mət­bu­at konfran­sın­da iş­ti­rak edən Ver­gi­lər Na­zir­li­yi­nin Ver­gi si­ya­sə­ti və stra­te­ji araş­dır­ma­lar Baş İda­rə­si­nin rə­i­si, baş ver­gi xid­mə­ti mü­şa­vi­ri Sa­mi­rə Mu­sa­ye­va çı­xış edə­rək bil­dir­di ki, Ver­gi Mə­cəl­lə­sin­də nə­zər­də tu­tu­lan ver­gi gü­zəştlə­ri və aza­dol­ma­lar­la bağ­lı də­yi­şik­lik­lə­rin ver­gi ödə­yi­ci­lə­ri­nin ver­gi yü­kü­nün azal­dıl­ma­sı­na, on­la­rın döv­riy­yə və­sa­it­lə­rin­dən sə­mə­rə­li is­ti­fa­də et­mə­si­nə şə­ra­it ya­ra­da­caq, sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na dəs­tək ve­rə­cək: "İc­ba­ri tib­bi sı­ğor­ta və sə­hiy­yə (tibb) xid­mət­lə­ri gös­tə­rən qu­rum­la­rın gə­lir­lə­ri mən­fə­ət ver­gi­sin­dən müd­dət­siz, buğ­da­nın id­xa­lı və sa­tı­şı, buğ­da unu və çö­rə­yin is­teh­sa­lı və sa­tı­şı, quş əti­nin sa­tı­şı isə 3 il müd­də­tin­də ƏDV-dən azad edi­lib. Bankla­rın restruk­tu­ri­za­si­ya və sağ­lam­laş­dır­ma təd­bir­lə­ri çər­çi­və­sin­də qey­ri-iş­lək ak­tiv­lə­ri­nin təq­dim edil­mə­si 2017-ci il yan­va­rın 1-dən 3 il müd­də­ti­nə ƏDV-dən azad edi­lib. Banklar tə­rə­fin­dən fi­zi­ki şəxslə­rin əma­nə­ti üz­rə ödə­ni­lən il­lik fa­iz gə­lir­lə­ri­nin, ha­be­lə emi­tent tə­rə­fin­dən in­ves­ti­si­ya qiy­mət­li ka­ğız­la­rı üz­rə ödə­ni­lən di­vi­den­din, dis­kont və fa­iz gə­lir­lə­ri­nin gə­lir ver­gi­sin­dən azad edil­mə­si müd­də­ti 2023-cü ilin fev­ral ayı­na­dək ar­tı­rı­lıb. Sa­hib­kar­la­rın ver­gi yü­kü­nün azal­dıl­ma­sı ilə ya­na­şı, on­la­rın döv­riy­yə və­sa­it­lə­ri­nə qə­na­ət edil­mə­si, ha­be­lə ix­ra­cı sti­mul­laş­dır­maq məq­sə­di­lə ix­rac fə­a­liy­yə­ti ilə məş­ğul olan şəxslə­rin apar­dıq­la­rı əmə­liy­yat­lar­dan ya­ra­nan ƏDV üz­rə ar­tıq ödə­nil­miş ver­gi­lə­rin qay­ta­rıl­ma­sı müd­dət­lə­ri də azal­dı­lıb".

S.Mu­sa­ye­va onu da əla­və et­di ki, Mə­cəl­lə­yə edil­miş mü­hüm də­yi­şik­lik­lər­dən bi­ri də sa­hib­kar­lıq fə­a­liy­yə­ti sub­yektlə­ri ara­sın­da mal­la­rın, iş­lə­rin və xid­mət­lə­rin təq­dim edil­mə­si za­ma­nı elektron qa­i­mə-fak­tu­ra­nın təq­dim olun­ma­sı­dır: "Bu tə­ləb ƏDV ödə­yi­ci­lə­ri və ver­gi tu­tu­lan əmə­liy­yat­la­rı­nın həc­mi 200.000 ma­nat­dan ar­tıq olan ti­ca­rət və ic­ti­mai ia­şə fə­a­liy­yə­ti ilə məş­ğul olan şəxslər üçün 2017-ci ilin ap­re­lin­dən, bü­tün di­gər ver­gi ödə­yi­ci­lə­ri üçün­sə 2018-ci ilin yan­va­rın­dan qüv­və­yə mi­nə­cək. Ver­gi Mə­cəl­lə­si­nə edil­miş bu də­yi­şik­lik­lər sa­hib­kar­lar ara­sın­da apa­rı­lan əmə­liy­yat­la­rın rəs­mi­ləş­mə­si pro­se­du­ru­nun sa­də­ləş­mə­si­nə, ope­ra­tiv­li­yi­nin tə­min edil­mə­si­nə, in­zi­bat­çı­lıq xərclə­ri­nin azal­dıl­ma­sı­na, sa­hib­kar­la­rın xərclə­ri­ni təs­diq edən sə­nəd­lə­rə ma­lik ol­maq­la, gə­lə­cək­də ver­gi or­qan­la­rı ilə fi­kir ay­rı­lıq­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı­na və şəf­faf­lı­ğın tə­min olun­ma­sı­na xid­mət edə­cək.

Bun­dan baş­qa, Mə­cəl­lə­yə gü­zəştli ver­gi tu­tu­lan öl­kə­lər­də tə­sis edil­miş (qey­diy­yat­dan keç­miş) sub­yektlə­rə re­zi­dentlər və qey­ri-re­zi­dentlə­rin Azər­bay­can Res­pub­li­ka­sın­da­kı da­i­mi nü­ma­yən­də­lik­lə­ri tə­rə­fin­dən bir­ba­şa və ya do­la­yı­sı ilə edi­lən ödə­niş­lə­rin Azər­bay­can mən­bə­yin­dən gə­lir­lə­rə aid edil­mə­si­ni və hə­min ödə­niş­lər­dən ödə­mə mən­bə­yin­də əla­və 10 fa­iz də­rə­cə ilə ver­gi­nin tu­tul­ma­sı­nı nə­zər­də tu­tan müd­də­a­lar da­xil edi­lib".

Elektron ti­ca­rə­tin ver­gi­yə cəlb olun­ma­sı ilə bağ­lı qa­nun­ve­ri­ci­li­yə edil­miş əla­və və də­yi­şik­lik­lə­ri şərh edən S.Mu­sa­ye­va vur­ğu­la­dı ki, elektron ti­ca­rət qay­da­sın­da qey­ri-re­zi­dentlər­dən iş­lə­rin və xid­mət­lə­rin təq­dim edil­mə­si, ha­be­lə elektron qay­da­da təş­kil olu­nan lo­te­re­ya­la­rın, di­gər ya­rış­la­rın və mü­sa­bi­qə­lə­rin ke­çi­ril­mə­si­nə gö­rə ƏDV alı­cı­sı­nın ol­du­ğu yer­də tət­biq edi­lə­cək. Bu də­yi­şik­li­yin əsas məq­sə­di rə­qa­bət şərtlə­ri­nin ey­ni­ləş­di­ril­mə­sin­dən və uçot sis­te­mi­nin qu­rul­ma­sın­dan iba­rət­dir: "Mə­cəl­lə­yə edil­miş də­yi­şik­lik­lər­dən bi­ri də kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın pə­ra­kən­də sa­tı­şı za­ma­nı ƏDV-nin ti­ca­rət əla­və­sin­dən he­sab­lan­ma­sı ilə bağ­lı­dır. Kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın is­teh­sal­çı­la­rı ver­gi­lər­dən azad edil­sə də, on­la­rın məh­sul­la­rı ti­ca­rət şə­bə­kə­lə­ri tə­rə­fin­dən pə­ra­kən­də qay­da­da sa­tı­lar­kən bu məh­sul­la­rın da tam də­yə­ri ümu­mi qay­da­da ƏDV-yə cəlb edi­lir, bu da pə­ra­kən­də sa­tış qiy­mə­tin­də ba­ha­laş­ma­ya sə­bəb olur­du. Qeyd edi­lən­lə­ri nə­zə­rə ala­raq, ki­çik və or­ta sa­hib­kar­lı­ğı sti­mul­laş­dır­maq, pə­ra­kən­də ti­ca­rət­də rə­qa­bət mü­hi­ti­ni tə­min et­mək və ver­gi yü­kü­nü op­ti­mal­laş­dır­maq məq­sə­di­lə pə­ra­kən­də ti­ca­rət fə­a­liy­yə­ti ilə məş­ğul olan sa­hib­kar­lar tə­rə­fin­dən Azər­bay­can­da is­teh­sal edil­miş kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın sa­tı­şı za­ma­nı ƏDV ti­ca­rət əla­və­sin­dən he­sab­la­na­caq".

S.Mu­sa­ye­va­nın de­di­yi­nə gö­rə, Ver­gi Mə­cəl­lə­sin­də yer alan da­ha bir ye­ni­lik sa­bit ver­gi­nin tət­bi­qi ilə bağ­lı­dır: "Sa­bit ver­gi fər­di qay­da­da, yə­ni muzdlu iş­çi cəlb et­mə­dən mü­əy­yən fə­a­liy­yət növ­lə­ri ilə məş­ğul olan fi­zi­ki şəxslə­rə tət­biq edi­lə­cək. Be­lə ödə­yi­ci­lər ki­çik həcmdə gə­lir­lə­rə ma­lik şəxslər­dir. Bə­zi fə­a­liy­yət növ­lə­ri­nin sa­bit ver­gi­yə cəlb olun­ma­sı ilə bağ­lı Ver­gi Mə­cəl­lə­si­nə edil­miş də­yi­şik­li­yin əsas məq­sə­di bu sa­hə­də­ki uço­tun tək­mil­ləş­di­ril­mə­si və be­lə şəxslə­rin ver­gi yü­kü­nün mi­ni­mal­laş­dı­rıl­ma­sı məq­sə­di­ni da­şı­yır. Bu fə­a­liy­yət­lə məş­ğul olan fi­zi­ki şəxslər ver­gi öh­də­lik­lə­ri­ni bə­yan­na­mə təq­dim et­mə­dən, ki­çik bir sa­bit məb­ləğ ödə­mək­lə hə­ya­ta ke­çi­rə­cək".

S.Ələk­bə­rov çı­xı­şı za­ma­nı onu da diq­qə­tə çat­dır­dı ki, bu gün Azər­bay­can əha­li­sin­də 5 mln.-dan ar­tıq plas­tik bank kartla­rı var. Bu isə nağdsız ödə­niş­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə şə­ra­it ya­ra­dır: "Əgər əla­və POS-ter­mi­nal­la­rın qu­raş­dı­rıl­ma­sı la­zım olar­sa, na­zir­lik bu­nu tə­min edə­cək. Bu gün öl­kə üz­rə 75 min­dən ar­tıq POS-ter­mi­nal var. Banklar­da baş ve­rən pro­ses­lər POS-ter­mi­nal­la­rın sa­yı­nı azal­dıb. Mən­cə, bu ki­fa­yət­dir. Əgər əla­və POS-ter­mi­nal­la­ra eh­ti­yac ya­ra­nar­sa, Ver­gi­lər Na­zir­li­yi bu­nu tə­min edə bi­lər".

Ver­gi­lər na­zi­ri mü­a­vi­ni­nin söz­lə­ri­nə gö­rə, 2016-cı il ər­zin­də Ver­gi­lər Na­zir­li­yi­nin xət­ti ilə döv­lət büd­cə­si­nə 7 mlrd. 10 mln. ma­nat və­sa­it kö­çü­rül­mə­li­dir: "Gə­lən il Ver­gi­lər Na­zir­li­yi­nin xət­ti ilə büd­cə­yə 7 mlrd. 510 mln. ma­nat və­sa­i­tin da­xil ol­ma­sı nə­zər­də tu­tu­lur. Büd­cə­yə da­xi­lol­ma­la­rın artma­sı ver­gi qa­nun­ve­ri­ci­li­yin­də də­yi­şik­li­yi zə­ru­ri edir. Ver­gi da­xi­lol­ma­la­rı­nın həc­min­də ümu­mi ar­tım var. Am­ma səy­yar ver­gi yox­la­ma­la­rı­nın nə­ti­cə­si gös­tə­rir ki, he­sab­lan­mış və döv­lət büd­cə­si­nə ödə­ni­lən ver­gi da­xi­lol­ma­la­rın­da azal­ma var. Ar­tım di­gər sa­hə­lər­də ver­gi mü­hi­ti­nin yax­şı­laş­ma­sı və ver­gi ba­za­sı­nın ge­niş­lən­mə­si he­sa­bı­na­dır. Öl­kə Pre­zi­den­ti­nin gös­tə­ri­şi be­lə­dir ki, ca­ri büd­cə xərclə­ri ver­gi və göm­rük da­xi­lol­ma­la­rı he­sa­bı­na qar­şı­lan­ma­lı­dır. Düz­dür, bu­na tam na­il ola bil­mə­mi­şik, am­ma bu yön­də iş­lər ge­dir. Döv­lət Neft Fon­dun­dan olan ayır­ma­la­rın isə əsa­sən in­ves­ti­si­ya la­yi­hə­lə­ri­nə yö­nəl­dil­mə­si qar­şı­ya məq­səd ki­mi qo­yu­lub".

S.Ələk­bə­rov bil­dir­di ki, Azər­bay­can nağdsız ödə­niş­lə­rin həc­mi­nə gö­rə Tür­ki­yə, MDB öl­kə­lə­rin­dən ge­ri­də­dir: "Hət­ta Be­la­rus­da bu, 36 fa­iz­dir. Am­ma Azər­bay­can­da bu, 11 fa­iz­dir. Bu sa­hə­də cid­di də­yi­şik­lik­lər et­mə­li­yik və bu is­ti­qa­mət­lər­də ar­tıq ad­dım­lar atı­lır. Dün­ya ba­za­rın­da nef­tin ucuz­laş­ma­sı sə­bə­bin­dən gə­lir­lər aza­lıb. Bu­na bax­ma­ya­raq, əha­li­nin so­si­al mü­da­fi­ə­si güc­lən­di­ril­mə­li­dir. Büd­cə da­xi­lol­ma­la­rı­nın tə­min olun­ma­sın­da ver­gi or­qan­la­rı­nın da üzə­ri­nə bö­yük və­zi­fə dü­şür".

Mət­bu­at konfran­sın­da iş­ti­rak edən Ver­gi risqlə­ri­nin təh­li­li və nə­za­rə­ti Baş İda­rə­si­nin rə­i­si Na­tiq Şi­ri­nov qeyd et­di ki, 2017-ci il yan­va­rın 1-nə bankla­rın fa­iz və ma­liy­yə sanksi­ya­la­rı­na gö­rə təx­mi­nən 8 mln. ma­nat­lıq bor­cu var.  2017-ci il yan­va­rın 1-nə bankla­rın 2 mln. 190 min ma­nat fa­iz bor­cu, ma­liy­yə sanksi­ya­sı­na gö­rə 4,8 mln. ma­nat bor­cu ya­ra­nıb: "Ver­gi ödə­yi­ci­lə­ri­nin 2017-ci ilin 1 yan­var ta­ri­xi­nə möv­cud olan ver­gi borcla­rı­nın tən­zim­lən­mə­si haq­qın­da" qa­nun la­yi­hə­si qə­bul olu­nar­sa, bankla­rın fa­iz və ma­liy­yə sanksi­ya­sı­na gö­rə təx­mi­nən 8 mil­yon ma­nat bor­cu si­li­nə­cək".

Gü­nel CƏ­Lİ­LO­VA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ