Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü, Transatlantik müdafiə istehsalı və investisiyalarının ön planda olacağı Müdafiə Sənayesi Forumu ilə başlayıb.
Görüş müdafiə sənayesində transatlantik tarixində ən böyük satınalma müqavilələrindən birinə şahidlik edib. Forumda çıxış edən NATO-nun baş katibi Mark Rutte alyansın hava qabiliyyətini və çəkindirmə qabiliyyətini əsaslı şəkildə artıracaq nəhəng təyyarə alışı müqaviləsini elan edib.
Baş katib Rutte bir neçə müttəfiq ölkənin hava qüvvələrinin rəqəmsal və əməliyyat əsasını gücləndirmək üçün birgə konsorsium çərçivəsində “Airbus”dan 12 yeni nəsil təyyarə alacağını açıqlayıb. Sazişin mərkəzində isə “Airbus”un strateji əhəmiyyətli çoxməqsədli tanker təyyarə platforması olan MRTT (Çoxməqsədli Tanker Nəqliyyatı) və yüksək qabiliyyətli A400M hərbi nəqliyyat təyyarəsi dayanır.
Avropada sənaye liderliyini möhkəmləndirən bu çoxmillətli layihənin NATO ilə Avropa İttifaqı (AB) arasında müdafiə sənayesi əməkdaşlığını genişləndirən və Amerika tərəfdaşlarını da əhatə edən böyük bir körpü yaratdığı vurğulanıb. Rutte bildirib ki, hava-hava yanacaq doldurma imkanlarını artıracaq bu addım müttəfiq hərbçilərini qarşıdakı onilliklər üçün hazır vəziyyətə gətirir.
"NATO-nun ISR (Kəşfiyyat Müşahidəsi) imkanlarına yüksək hündürlükdə uçuş qabiliyyətinə və uzun müddət davam gətirməyə qadir olan beşə qədər MQ-4C Triton PUA-sı əlavə edirik. Bu platformalar geniş dəniz əraziləri üzərində gecə-gündüz davamlı müşahidə təmin edəcək" – deyə Baş katib bildirib.
Tahir TAĞIYEV