Rusiyada Slovakiya Viza Müraciət Mərkəzi rusiyalı turistlər üçün Şengen vizası müraciətlərinin qəbulunu dayandırıb. Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bu tədbirin müvəqqəti olduğunu açıqlayıb. TASS-ın məlumatına görə, vizalar artıq yalnız idmançılar üçündür. "Rusiyada Slovakiya Viza Müraciət Mərkəzi, demək olar ki, bütün səyahət məqsədləri üçün Şengen vizaları müraciətlərini müvəqqəti olaraq dayandırıldığını elan edib. Rəsmi açıqlamaya görə, 2026-cı ilin iyul və avqust aylarında yalnız "İdman" Şengen vizaları və milli vizalar (istənilən məqsəd üçün) üçün müraciətlər qəbul ediləcək", - deyə ATOR-un bəyanatında bildirilir.
SAMİRƏ