Müqəddəs Mübarizə hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.
Sputnik Armenia-nın xəbərinə görə, o, Paşinyanın “arxiyepiskopun şərəf və ləyaqətini ləkələyən yalan” ifadəsini geri götürməsini tələb edir. Söhbət Baş nazirin 11 iyun tarixli açıqlamasından gedir. Orada o, "Vətəndaş Müqaviləsi partiyası dürüst səslərin 100%-ni, digər partiyalar isə "səslərin 100%-ni rüşvət yolu ilə alıb" iddiasını irəli sürüb. "Pul olmasaydı, heç kim onlara səs verməzdi, qətiyyən heç kim", - Baş nazir bildirib.
Bundan əlavə, Qalstanyan 49,7 dram məbləğində simvolik təzminat tələb edir - bu, Vətəndaş Müqaviləsi partiyasının seçkilərdə aldığı səslərin rəsmi faizidir.
SAMİRƏ