İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonun təhdidləri davam edərsə, ABŞ-la yekun razılaşma üzrə danışıqlar başlamayacaq.
"Milyonlarla qürurlu iranlı Böyük Ayətullah Xamenei və onun irsini yad etmək üçün toplaşıb. Nə onlar, nə də cəsur silahlı qüvvələrimiz təhdidlərə boyun əyməyəcəklər. Anlaşma memorandumunun 13-cü bəndində açıq şəkildə deyilir: təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin" – deyə nazir X sosial media səhifəsində yazıb.
Tahir TAĞIYEV