Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində şübhəli bilinən ukraynalı Anastasiya Berezovskayanın cəsədi Kiyev yaxınlığında tapılıb. Ukrayna mediasının məlumatına görə, 39 yaşlı qadının üzərində güllə yarası olub.
Cəsəd 6 iyul saat 23:00 radələrində tapılıb. Berezovskayanın 22 mart 2025-ci ildən 1 iyul 2026-cı ilə qədər Ukraynadan kənarda olduğu güman edilir.
Qətllə bağlı artıq iki şübhəli saxlanılıb. Biri Ukrayna Baş Kəşfiyyat İdarəsinin hazırkı zabiti, digəri isə keçmiş hüquq-mühafizə orqanı əməkdaşıdır.
Qeyd edək ki, iyunun 29-da axşam saatlarında Monakoda yaşayış binası qarşısında əldəqayırma partlayıcı qurğu işəsalınıb. Knyazlığın tarixində ilk belə hadisə olan hücum nəticəsində Vadim Yermolayev və onun yoldaşı Anna Nasobinaya ağır (o, ayaqlarını itirib), 13 yaşlı oğulları isə yüngül xəsarətlər alıb.
Tahir TAĞIYEV