Cümə günü, 23 oktyabr 2026
     

Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin iq­ti­sa­di bü­növ­rə­sin­də mil­li neft stra­te­gi­ya­sı­nın ro­lu: Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Neft Fon­du mil­li neft stra­te­gi­ya­sı­nın tər­kib his­sə­si ki­mi

Image


Ta­ri­xi təc­rü­bə sü­but edir ki, hər bir döv­lə­tin konkret si­ya­si şə­ra­it­də mil­li müs­tə­qil­li­yə qo­vuş­ma­sın­da mil­li ira­də ilə ya­na­şı, li­der ami­li də mü­hüm rol oy­na­yır. Be­lə və­ziy­yət­lər­də qə­tiy­yət­lə önə çı­xan, mə­su­liy­yə­ti üzə­ri­nə gö­tür­mək­dən çə­kin­mə­yən bö­yük şəx­siy­yət­lər xalqla­rı­nın da­im ar­zu­sun­da ol­du­ğu azad­lıq, müs­tə­qil­lik, mil­li döv­lət­çi­lik ki­mi ali ide­al­la­rı­nın ger­çək­ləş­mə­sin­də müs­təs­na rol oy­na­yır. Bu hə­qi­qət döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı­nın 25-ci il­dö­nü­mü­nü qeyd edən Azər­bay­can Res­pub­li­ka­sı­nın ya­xın ta­ri­xi keç­mi­şi­nə nə­zə­rən bir da­ha təs­di­qi­ni ta­pır.

Də­rin mə­nə­vi, mə­də­ni, el­mi, iq­ti­sa­di po­ten­si­a­la, əl­ve­riş­li coğ­ra­fi-si­ya­si möv­qe­yə ma­lik Azər­bay­can həm də özü­nün zən­gin tə­bii sər­vət­lə­ri ilə məş­hur­dur. Bu sər­vət­lər içə­ri­sin­də neft əsas yer tu­tur. Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra 90-cı il­lə­rin əv­vəl­lə­rin­də bir çox çə­tin­lik­lə üz­lə­şib. SSRİ-nin keç­miş res­pub­li­ka­la­rı ilə Azər­bay­can Res­pub­li­ka­sı ara­sın­da iq­ti­sa­di əla­qə­lə­rin qı­rıl­ma­sı, res­pub­li­ka əra­zi­sin­də qey­ri-sa­bit­li­yin möv­cud ol­ma­sı, ma­liy­yə və tex­ni­ki təc­hi­za­tın sıf­ra en­mə­si neft və qaz sə­na­ye­si­ni də ağır böh­ran və­ziy­yə­ti­nə sal­dı. Bü­tün bu çə­tin­lik­lər Xə­zə­rin Azər­bay­can sek­to­run­da­kı "Azə­ri", "Çı­raq", "Gü­nəş­li" ki­mi neftlə zən­gin ya­taq­la­rın iş­lən­mə­si­nə im­kan ver­mir­di. Neft sə­na­ye­sin­də ya­ra­nan çə­tin və­ziy­yət­dən çıx­maq və öl­kə­mi­zin

kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın mə­nim­sə­nil­mə­si üçün iki va­ri­antdan bi­ri­ni seç­mək la­zım idi. Ya 15-20 il öl­kə­mi­zin ma­liy­yə-iq­ti­sa­di və­ziy­yə­ti­nin əl­ve­riş­li ol­ma­sı­nı göz­lə­mək, ya da xa­ri­ci neft şir­kət­lə­ri­ni də­vət et­mək la­zım idi. Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri xa­ri­ci neft şir­kət­lə­ri­ni Azər­bay­ca­na də­vət et­mək qə­ra­rı­na gəl­di və "Ye­ni neft stra­te­gi­ya­sı" tez bir vaxtda iş­lə­nib ha­zır­lan­dı. O dövrdə Azər­bay­can Pre­zi­den­ti­nin sə­rən­ca­mı ilə "Azə­ri-Çı­raq-Gü­nəş­li" (də­rin su­lu his­sə­si) ya­taq­la­rı­nın iş­lən­mə­si üz­rə xa­ri­ci şir­kət­lər­lə da­nı­şıq­la­ra baş­lan­dı. 

Onu da qeyd edək ki, "Əs­rin mü­qa­vi­lə­si"nin ilk gün­lə­rin­dən baş­la­ya­raq Azər­bay­can Bey­nəl­xalq Əmə­liy­yat Şir­kə­ti ya­ra­dıl­dı və təs­diq olu­nan va­hid proq­ram üz­rə ARDNŞ ilə bir­gə

iş­lə­rə baş­lan­dı. Bu sa­ziş son­ra­dan dün­ya­nın 19 öl­kə­si­nin 41 neft şir­kə­ti ilə 30-dək sa­zi­şin im­za­lan­ma­sı üçün yol aç­dı. "Əs­rin mü­qa­vi­lə­si" həm kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın

miq­da­rı­na, həm də qo­yu­lan sər­ma­yə­lə­rin həc­mi­nə gö­rə dün­ya­da bağ­la­nan ən iri sa­ziş­lər si­ya­hı­sı­na da­xil olub. İm­za­lan­mış neft sa­ziş­lə­ri üz­rə Azər­bay­ca­nın neft sə­na­ye­si­nin in­ki­şa­fı üçün nə­zər­də tu­tu­lan 64 mil­yard ABŞ dol­la­rı sər­ma­yə qo­yu­lu­şu­nun 57,6 mil­yar­dı də­niz ya­taq­la­rı­nın mə­nim­sə­nil­mə­si­nə və perspek­tiv­li struk­tur­lar­da ax­ta­rış-kəş­fiy­yat iş­lə­ri­nin apa­rıl­ma­sı­na yö­nəl­di­lib.

"Əs­rin mü­qa­vi­lə­si"nin hə­ya­ta ke­çi­ril­mə­si­nə baş­la­nan vaxtdan Azər­bay­can iq­ti­sa­diy­ya­tın­da dö­nüş ya­ran­dı və bö­yük iş­lə­rə baş­lan­dı.

 

Döv­lət Neft Fon­du bu gün öl­kə­nin in­ki­şaf fon­du və gə­lə­cək üçün bir lo­ko­mo­tiv­dir

Döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra Azər­bay­ca­nın zən­gin neft eh­ti­yat­la­rı dün­ya­nın in­ki­şaf et­miş öl­kə­lə­ri­nin və iri bey­nəl­xalq neft şir­kət­lə­ri­nin diq­qət mər­kə­zi­nə düş­dü. Son il­lər öl­kə­yə neft pul­la­rı­nın da­xil ol­ma­sı cə­miy­yə­tin diq­qə­ti­ni neft və neft gə­lir­lə­ri mə­sə­lə­si­nə yö­nəl­dib. Elə bu da mən­fə­ət nef­ti­nin sa­tı­şın­dan da­xil olan val­yu­ta və­sa­it­lə­ri­nin və di­gər gə­lir­lə­rin top­lan­dı­ğı ün­va­nın - Döv­lət Neft Fon­du­nun (DNF) ic­ti­mai diq­qət mər­kə­zi­nə çev­ril­mə­si­ni şərtlən­di­rib. Son il­lər DNF-yə ar­tan ic­ti­mai ma­raq onun haq­qın­da in­for­ma­si­ya­la­ra tə­lə­ba­tı da yük­səl­dib. İlk dövrlər­də neft sa­ziş­lə­ri çər­çi­və­sin­də da­xil olan və­sa­it­lər Mər­kə­zi Ban­kın he­sab­la­rın­da top­la­nır­dı ki, bu doğ­ru­dan da və­sa­it­lə­rin döv­riy­yə­si­nə sə­mə­rə­li ic­ti­mai nə­za­rə­tə im­kan ver­mir­di. Ha­zır­da dün­ya­nın 15-dək öl­kə­sin­də döv­lə­tin ener­ji re­sursla­rın­dan əl­də edi­lən gə­lir­lə­ri özün­də top­la­yan və bu öl­kə­lə­rin gə­lə­cək in­ki­şaf pri­o­ri­tet­lə­ri­ni ma­liy­yə­ləş­di­rən fondlar fə­a­liy­yət gös­tə­rir ki, tə­yi­na­tın­dan ası­lı ola­raq, on­la­rı 3 şər­ti qru­pa ayır­maq olar:

1.Sa­bit­ləş­dir­mə fondla­rı (Al­yas­ka, Ve­ne­su­e­la, Ko­lum­bi­ya, Kü­veyt, Ni­ge­ri­ya, Nor­veç, Çi­li);

2.Gə­lə­cək nə­sil­lər fon­du (Al­ber­ta, Al­yas­ka, Ki­ri­ba­ti, Kü­veyt, Oman, Pa­pua-Ye­ni Qvi­ne­ya);

3.Büd­cə re­zerv (eh­ti­yat) fondla­rı (Hon­konq, Sin­qa­pur, Es­to­ni­ya, CAR).

Neftlə zən­gin olan di­gər öl­kə­lər­dən fərqli ola­raq Azər­bay­can­da Neft Fon­du­nun ya­ra­dıl­ma­sın­da əsas məq­səd hə­min və­sa­it­lə­ri ön­cül sa­hə­lə­rin in­ki­şa­fı­na və so­si­al-iq­ti­sa­di ba­xım­dan mü­hüm əhə­miy­yət kəsb edən la­yi­hə­lə­rə yö­nəltmək­dir. Baş­qa söz­lə, DNF bu gün öl­kə­nin in­ki­şaf fon­du və gə­lə­cək üçün bir lo­ko­mo­tiv­dir.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Neft Fon­du­nun İc­ti­ma­iy­yət­lə əla­qə­lər şö­bə­si­nin mə­lu­ma­tı­na əsa­sən, fond  ya­ra­dı­lar­kən əsas məq­səd öl­kə­də mak­ro­iq­ti­sa­di sa­bit­li­yin qo­run­ma­sı, neft gə­lir­lə­rin­dən ası­lı­lı­ğın azal­dıl­ma­sı və qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı­nın tə­min edil­mə­si, neft və qa­zın bər­pa edil­mə­yən tə­bii eh­ti­yat ol­du­ğu­nu nə­zə­rə ala­raq, on­lar­dan əl­də edi­lən gə­li­rin nə­sil­lər ara­sın­da bə­ra­bər bö­lüş­dü­rül­mə­si və gə­lə­cək nə­sil­lər üçün eh­ti­yat və­sa­i­tin top­lan­ma­sı olub: "2001-2016-cı il­lər ər­zin­də Neft Fon­du­na ümu­mi­lik­də 129 166,4 mil­yon ABŞ dol­la­rı və ya 108 067,3 mil­yon ma­nat məb­lə­ğin­də və­sa­it da­xil olub, bu dövr ər­zin­də  Fon­dun ümu­mi xərclə­ri 93 344,3 mil­yon ABŞ dol­la­rı təş­kil edib. 1 oktyabr 2016-cı il ta­ri­xi­nə Fon­dun və­sa­i­ti 35 822,1 mil­yon ABŞ dol­la­rı təş­kil edib. 1 oktyabr ta­ri­xi­nə Neft Fon­du­nun və­sa­i­ti öl­kə­nin stra­te­ji val­yu­ta eh­ti­yat­la­rı­nın 90 %-ə qə­də­ri­ni və ya­xud 2015-ci ilin so­nun­da bu gös­tə­ri­ci ÜDM-in 63,4 %-ni təş­kil edib. Neft Fon­du­nun və­sa­i­ti so­si­al və stra­te­ji əhə­miy­yət­li infrastruk­tur ob­yektlə­ri­nin in­şa və re­konstruk­si­ya edil­mə­si­nə is­ti­fa­də olu­nub.

2001-ci il­dən 2016-cı ilin 1 yan­var ta­ri­xi­nə­dək Fon­dun büd­cə­si­nin ic­ra­sı çər­çi­və­sin­də qaç­qın və məc­bu­ri köç­kün­lə­rin so­si­al-mə­i­şət və məs­kun­laş­ma mə­sə­lə­lə­ri ilə bağ­lı təd­bir­lə­rin ma­liy­yə­ləş­di­ril­mə­si­nə 1 981,5 mil­yon ma­nat və­sa­it yö­nəl­di­lib. Bu təd­bir­lər sa­yə­sin­də qaç­qın və məc­bu­ri köç­kün­lər ara­sın­da yox­sul­luq həd­di 2003-cü il­də­ki 75 %-dən 2015-ci il­də 12 %-ə qə­dər aşa­ğı dü­şüb. 67 162 mil­yon ma­nat və­sa­it transfer şək­lin­də döv­lət büd­cə­si­nə kö­çü­rü­lüb".

 

"Neft stra­te­gi­ya­sı­nın ta­ri­xi əhə­miy­yə­ti göz qa­ba­ğın­da­dır"

SO­CAR pre­zi­den­ti, Mil­li Məc­li­sin de­pu­ta­tı Röv­nəq Ab­dul­la­yev öz mü­sa­hi­bə­sin­də bun­la­rı de­yib: "Hey­dər Əli­ye­vin gər­gin səy­lə­ri nə­ti­cə­sin­də "Əs­rin mü­qa­vi­lə­si"nin im­za­lan­ma­sı ilə Xə­zər­də ma­raq­la­rı tə­min olu­nan apa­rı­cı Qərb döv­lət­lə­ri­nin Azər­bay­can­la bü­tün sa­hə­lər­də ge­niş­miq­yas­lı əmək­daş­lı­ğa ma­ra­ğı ar­tıb, bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı ilə əmək­daş­lıq ye­ni müs­tə­vi­yə ke­çib. Azər­bay­can MDB mə­ka­nın­da transmil­li neft şir­kət­lə­ri ilə iri­miq­yas­lı sa­ziş im­za­la­yan ilk döv­lət ki­mi Xə­zər də­ni­zin­də bey­nəl­xalq əmək­daş­lı­ğın bü­növ­rə­si­ni qo­yub. Neft stra­te­gi­ya­sı­nın na­i­liy­yət­lə­ri Azər­bay­ca­nı Xə­zər də­ni­zi­nin nə­həng ener­ji po­ten­si­a­lı­nı ilk mə­nim­sə­yən və re­gi­o­nun in­ki­şa­fın­da key­fiy­yət­cə ye­ni iq­ti­sa­di mo­del for­ma­laş­dı­ran, Av­ro­pa və Asi­ya ara­sın­da si­ya­si və ti­ca­ri əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­sin­də, Qaf­qaz nəq­liy­yat dəh­li­zi­nin in­ki­şa­fın­da mü­hüm rol oy­na­yan bir döv­lə­tə, dün­ya­nın ener­ji mər­kəz­lə­rin­dən bi­ri­nə çe­vi­rib. Neft stra­te­gi­ya­sı­nın ta­ri­xi əhə­miy­yə­ti göz qa­ba­ğın­da­dır.

"Əs­rin mü­qa­vi­lə­si" qlo­bal miq­yas da­şı­yan di­gər la­yi­hə­lə­rə tə­kan ve­rib. Azər­bay­can­da ha­sil olu­nan neft və tə­bii qa­zın dün­ya ba­zar­la­rı­na sər­bəst və sü­rət­li çı­xı­şı­nı tə­min edən ix­rac bo­ru kə­mər­lə­ri sis­te­mi­nin şa­xə­lən­di­ril­mə­si tə­min edi­lib. Ümu­mi­ləş­dir­sək, be­lə de­mək olar ki, ulu ön­dər Hey­dər Əli­ye­vin mü­əl­li­fi ol­du­ğu ye­ni neft stra­te­gi­ya­sı­nın uğur­la hə­ya­ta ke­çi­ril­mə­si öl­kə­mi­zin iq­ti­sa­di da­yaq­la­rı­nı möh­kəm­lən­dir­mək­lə ya­na­şı, Azər­bay­ca­nın müs­tə­qil döv­lət ki­mi dün­ya bir­li­yi­nin ay­rıl­maz tər­kib his­sə­si­nə çev­ril­mə­sin­də müs­təs­na rol oy­na­yıb".

Mil­li Məc­li­sin İq­ti­sa­di si­ya­sət, sə­na­ye və sa­hib­kar­lıq ko­mi­tə­si­nin üz­vü, mil­lət və­ki­li Rü­fət Qu­li­ye­vin söz­lə­ri­nə gö­rə, neftdən əl­də edi­lən gə­lir­lər he­sa­bı­na bu gün öl­kə­mi­zin bü­tün sa­hə­lə­ri sü­rət­lə in­ki­şaf edir: "Hə­min gə­lir­lə­rin in­di­ki və gə­lə­cək nə­sil­lə­rin fi­ra­van hə­ya­tı­nın tə­mi­na­tı­na yö­nəl­dil­mə­si üçün ulu ön­dər Hey­dər Əli­yev tə­rə­fin­dən Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Neft Fon­du tə­sis edil­di. Öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə öl­kə­mi­zin sü­rət­li so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­na tə­kan ve­rən bir sı­ra məq­səd­li döv­lət proq­ram­la­rı məhz Döv­lət Neft Fon­du­nun və­sa­it­lə­ri he­sa­bı­na hə­ya­ta ke­çi­ril­di. Neftdən əl­də edi­lən gə­lir­lər he­sa­bı­na öl­kə iq­ti­sa­diy­ya­tı­nın şa­xə­lən­di­ril­mə­si­ni iq­ti­sa­di si­ya­sə­tin pri­o­ri­te­ti elan edən Azər­bay­can döv­lə­ti ha­zır­da qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı sa­hə­sin­də uğur­lu nə­ti­cə­lər qa­za­nır".

 

Mil­li neft stra­te­gi­ya­sı uğur­la re­al­la­şır

Neft Araş­dır­ma­la­rı Mər­kə­zi­nin rəh­bə­ri İl­ham Şa­ban bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, Xə­zər də­ni­zi ilə Ara­lıq də­ni­zi­ni bir­ləş­di­rən, in­di­ki mər­hə­lə­də isə Ad­ri­a­tik də­ni­zin­dən keç­mək­lə İta­li­ya­ya ki­mi uza­nan ye­ni ener­ji dəh­li­zi­nin fə­a­liy­yə­ti sa­yə­sin­də Azər­bay­ca­nın tə­bii eh­ti­yat­la­rı­nın bey­nəl­xalq ba­zar­la­ra ge­niş­miq­yas­lı nəq­li və öl­kə­də çox­va­ri­antlı ix­rac stra­te­gi­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si üçün əl­ve­riş­li im­kan ya­ra­nır. Ey­ni za­man­da öl­kə­nin tran­zit po­ten­si­a­lı da bir ne­çə də­fə ar­tır: "Be­lə­lik­lə, mil­li neft stra­te­gi­ya­sı uğur­la re­al­la­şır. Kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın xa­ri­ci şir­kət­lər­lə bir­gə is­tis­ma­rı və ix­ra­cı­nın ge­niş­lən­mə­si öl­kə­mi­zi in­ves­ti­si­ya ya­tı­rı­mı üçün da­ha cəl­be­di­ci edir. Elə "Çi­nin Mil­li Neft Kor­po­ra­si­ya­sı"nın SO­CAR-ın hə­ya­ta ke­çir­di­yi Neft-qaz ema­lı və neft-kim­ya komplek­si la­yi­hə­si­nə pay­çı ki­mi qo­şul­maq is­tə­yi də öl­kə­də mün­bit sər­ma­yə mü­hi­ti­nin ya­ran­ma­sı­nın sü­bu­tu­dur.

Mil­li neft stra­te­gi­ya­sı­nın uğur­la­rı­nın nə­ti­cə­si ola­raq Azər­bay­can re­gi­o­nun li­der döv­lə­ti, re­gi­o­nal və qlo­bal iq­ti­sa­di la­yi­hə­lə­rin apa­rı­cı iş­ti­rak­çı­la­rın­dan bi­ri ki­mi ta­nı­nır. Bu gün öl­kə­də əl­də edi­lən bü­tün iq­ti­sa­di uğur­la­rın baş­lan­ğı­cın­da məhz mil­li neft stra­te­gi­ya­sı du­rur. Bu stra­te­gi­ya­nın ilk şan­lı sə­hi­fə­si­ni və tə­məl da­şı­nı isə əl­bət­tə ki, "Əs­rin mü­qa­vi­lə­si" təş­kil edir. İn­di əmin­lik­lə de­mək olar ki, bu çox güc­lü tə­məl üzə­rin­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı bun­dan son­ra da sü­rət­lə in­ki­şaf edə­cək və xal­qı­mı­zın ri­fa­hı il­dən-ilə da­ha da yük­sə­lə­cək".

Gü­nel CƏ­Lİ­LO­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Neft Fon­du ilə Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın "Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin iq­ti­sa­di bü­növ­rə­sin­də mil­li neft stra­te­gi­ya­sı­nın ro­lu: Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Neft Fon­du mil­li neft stra­te­gi­ya­sı­nın tər­kib his­sə­si ki­mi" möv­zu­sun­da ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim olu­nur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ