Cümə axşamı günü, 08 oktyabr 2026
     

Böyük Qayıdış prosesində sahibkarlığa dəstək...

Image


Azad ərazilərə əhalinin qaytarılması və orada məskunlaşdırılması işinə ötən ildən başlanılıb. Artıq bir neçə ərazimizdə məskunlaşdırma həyata keçirilib və bu proses davam etdirilir. 

Hazırda Laçına qayıdış prosesi intensiv hal alıb və keçmiş məcburi köçkünlər bu rayon ərazisində məskunlaşırlar.   Bir sözlə, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Laçında sahibkarlıq necə inkişaf etdirilir? 

Məlum olduğu kimi, Laçının Şərqi Zəngəzurun  böyük sənaye və aqrar mərkəzlərindən birinə çevrilməsi, burada sahibkarlığın inkişafı, iqtisadiyyatın qurulması istiqamətində ciddi işlər həyata keçirilir.

Laçın rayonu üzrə sahibkarlığın inkişafına dövlət səviyyəsində ciddi önəm verilir. Laçın rayonuna köçürülən sakinlərin məşğulluğuna, o cümlədən də sahibkarların fəaliyyətinə dəstək tədbirləri keçirilir, sahibkarlıq fəaliyyəti üçün şərait yaradılır. Məlum olduğu kimi xüsusən də gənc sahibkarların rayona cəlb edilməsi istiqamətində ciddi işlər görülür. Görülən işlərin məqsədi daha çox yerli və xarici investisiyanın cəlb ediləsinə nail olmaqdır. Bir tərəfdən güzəştlər, digər tərəfdən subsidiya mexanizmi, eyni zamanda növbəti mərhələdə bu istiqamətə yönəldilən güzəştli kreditlər sahibklarları bu işə cəlb edib. Bu gün qayıdış prosesi ilə pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını da müşahidə edirik. Laçında fermer təsərrüfatı yaradılıb, bir sıra müəssisə və sahibkarlıq subyektləri fəaliyyət göstərir. Biliyimiz kimi, Laçında balıqçılıq fermer təəsrrüfatı da yaradılıb. Bir çox sahələr üzrə dövlət dəstəyi ilə sahibkarlığın inkişaf təməlləri qoyulub. 

"Laçında yaşayan insanlara şərait yaradılır ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar"

 Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Laçında məskunlaşma qısa müddətdə başlasa da, çox sürətlə davam edir. "Noyabr ayında  Laçına üç köç gedib. Hələ ki, nəzərdə tutulan                 əhali sayı tam olaraq Laçına köçürülməyib. 4 mindən artıq insanın Laçına köçürülməsi və orada məskunlaşdırılması nəzərdə tutulur. Onlar üçün evlər tikilir, hazır evlər təmir edilir. Düzdür, bu insanların məskunlaşması, torpağa yenidən bağlanması üçün ərazidə iş yerlərinin açılması vacib məsələlərdəndir. Bu gün Laçında yaşayan insanlara şərait yaradılır ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar, hökumət onlara dəstək verir. Bəzi hallarda  hətta tikinti-quraşdırma işləri zamanı obyektlərin tikilməsi də nəzərdə tutulub. Onların dövlət tərəfindən ilkin mərhələdə sahibkarlara icarəyə verilməsi və sonradan o obyektlərin özəlləşdiriməsi də nəzərdə tutulub"-deyə A.nəsirli vurğuladı.    

A.Nəsirlinin sözlərinə görə, bununla yanaşı çox ehtimal ki, gələcəkdə hökumət  bu insanların məşğulluğunu təmin etmək üçün onları müəyyən vəsaitlərlə də təmin edəcək. "Bilirsiz ki, Laçın rayonu həm turizm mərkəzi kimi çox səmərəli, əlverişli bir yerdir, həm də burada heyvandarlıqla məşğul olunması, heyvandarlığın inkişaf etdirilməsi üçün  çox münasib bir məkandır. Əvvəllər də əhali orada əsasən heyvandarlıqla məşğul olub. Bunu nəzərə alaq ki, Azərbaycanda da heyvandarlıqla məşğul olanların sayı azalır, nəticədə də iri və xırdabuynuzlu heyvanların sayı aşağı düşür. Hesab edirəm ki, Azərbaycan hökuməti bütün vergi güzətləri, yardımlar və sairlə yanaşı Laçın əhalisinə həm də heyvandarlığın inkişaf etdirilməsi istiqamətində dəstək verməlidir. Bu müxtəlif formalı dəstək ola bilər. Yəni  ilkin mərhələdə əhali burada məşğuliyyətə başlamalıdır ki, ilk göyərçinlər (pilot) işə başlayandan, fəaliyyət genişlənəndən sonra artıq işğaldan azad olunmuş ərazidə iqtisadiyyatın inkişafı daha sürətlə irəliləyəcək.  Həmin ərazilədə inkişafa dəstək var, digər tərəfdən dövlət dəstək var, o biri tərəfdən vergi güzəştlərindən istifadə ediləcək. Burada azad sahibkarlığın inkişafına daha çox imkanlar var ki, nəinki digər ərazilərdə. Ona görə də yaxın zamanlarda əhalinin orada məskunlaşması genişləndikcə o ərazidə iqtisadiyyatın inkişafını, sahibkarlıq fəaliyyətinin genişlənməsini müşahidə edəcəyik. İndi bəzi laçınlılar var ki, onlar Laçında qeydiyyatda deyil, məcburi köçkünçülükdən əvvəl Bakıya  köçüb, burada yaşayır, burada qeydiyyatdadır. Onlar da orada fəaliyyət göstərmək istəyirlər. Onun tərəfdarıyam ki, əvvəlcə Laçına köçən insanlar işlə, məşğulluqla təmin edilməlidir. Onların orada məskunlaşması tam yekunlaşandan sonra bəli, digər vətəndaşlar üçün də şərait yaradılacaq. Amma bu gün hökumət ilkin mərhələdə çox düzgün olaraq keçmiş məcburi köçkün olan əhalinin məskunlaşması və işlə təmin edilməsinə, o ərazidə öz biznesini qurmasına dəstək olur, o davam etdirilir. Bu alqışlanası bir işdir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən səmərələşdirici təkliflərə də qucaq açmaq lazımdır. Məsələn, bizim Liberal iqtisadçılar Mərkəzi olaraq müəyyən təkliflərimiz var. Təklifimiz həmin ərazilərdə yaşayan insanların məşğulluğunun təmin edilməsi istiqamətində təklifmiz var"-deyə qeyd edən A.Nəsirlinin sözlərinə görə, bu istiqamətdə digər vətəndaş cəmiyyəti instututlarının da təklifləri mövcuddur. A.Nəsirli hesab edir ki, bütün təkliflər nəzərə alınmalıdır, o təkliflərə qucaq açılmalıdır, yerində təhlil ediləndən sonra münasib olan təkliflərdən istifadə olunmalıdır. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ