Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanda çirkli pulların yuyulmasının hansı üsulları var...

Image


Rəşad Həsənov: "Çirkli pulların yuyulması həm birjalarda yeni alətlər vasitəsilə, həm eyni zamanda sosial şəbəkələr üzərindən  həyata keçirilir" 

"Hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir". Bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. "Bunun səbəbləri əhalinin milli valyuta etibarının və vətəndaşlarının manatla gəlirinin artmasıdır", - deyə o qeyd edib.

Bununla belə, sədr deyib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.

Qeyd edək ki, təkcə bizim ölkədə deyil, bütün dünyada çirkli pulların yuyulması kimi problem var və dövlət qurumları, beynəlxalq təşkilatlar nə qədər mübarizə aparsalar da bu neqativ prosesin qarşısını tam almaq olmur. 

Çirkli pulların yuyulması anlayışına gəlincə, ekspertlərin verdiyi bilgiyə görə, çirkli pulların yuyulması qanunsuz  yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi prosesidir. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır.

Birincisi, il ərzində vətəndaşa 20 min manatdan  artıq pulun satılmaması çirkli pulların yuyulmasının qarşısının alınmasında nə dərəcədə öz effektini verə bilir? 

Düzdür, bu, Mərkəzi Bankın çirkli pulların yuyulmasına qarşı tətbiq etdiyi bir üsuldur. Amma buna baxmayaraq, hər halda belə cinayətlər var. Azərbaycanda çirkli pulların yuyulmasında hansı mexanizmlərdən, üsullarından istifadə olunur? Deyək ki, banklarda dolların satışına məhdudiyyət qoyuldu, bu da alındı. Amma başqa üsullardan da istifadə edilməmiş deyil.  Hansı formalarda çirkli pulların yuyulması hallarına rast gəlinir? Bunun hansı formaları yayğındır? 

Ekspertlər qeyd edir ki, həm dünyada, həm də Azərbaycanda çirkli pulların yuyulması halları baş verir, amma təbii olaraq bu aşkar yox, gizli aparılır. Ekspertlərin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının və başqa qurumların bu hala qarşı mübarizəsinə baxmayaraq çirkli pulların yuyulması prosesinin qarşısı tam alınmayıb, məsələn, bank yolu ilə bu pulları xaricə çıxarmaq imkanları məhdud olsa da, ölkə içində digər alternativ üsullar tapılıb. Deyilənə görə, bu sahədə hər kəs öz bildiyi kimi edir və çirkli pulların yuyulasında öz üsullarından istifadə edir. Ekspertlərə görə, çirkli pulların yuyulması prosesində bir çox üsullardan istifadə edilir.

Mütəxəssislər qeyd edir ki, vaxtilə şou-biznes sahəsi çirkli pulların yuyulmasında daha çox kara gəlirdi, amma indi daha çox tikinti şirkətləri çirkli pul yuyanların işinə yarayır. Mütəxəssislər hesab edir ki, pulu yuyan şəxs qanuni, amma saxta şirkət yaratmaqla hər ay vergi orqanlarında həmin şirkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri göstərməklə və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri leqallaşdırır, digər bir üsul isə qiymətli kağızlardır. Daşınmaz əmlak vasitəsilə və qiymətli daş-qaşların alınması yolu ilə də çirkli pulların yuyulması həyata keçirilə bilir. Ekspertlərin fikrincə, qanunlar nə qədər sərtləşdirilirsə, işbazlar, qanunsuz pul qazanan məmurlar pulların yuyulması üçün daha çox alternativ variantlar tapıb istifadə edirlər. 

"Sığorta mexanizminin özü çirkli pulların yuyulmasında istifadə olunan alətlərdəndir"

Tanınmış iqtisadçı ekspert Rəşad Həsənov "Bakı-Xəbər"ə şərhində əvvəlcə bildirdi ki, çirkli pulların yuyulmasına qarşı bütün dünyada müvafiq tədbirlər görülsə də, bu halın qarşısını tam olaraq almaq mümkün deyil. Çirkli pulların yuyulmasında bir çox üsullar, mexanizmlər olduğunu vurğulayan R.Həsənov qeyd etdi ki, çeşidli üsullardan istifadə etməklə bu iş görülür. "Əslində, çirkli pulların yuyulmasında çoxlu alətlər var. Mən bir neçəsini vurğulamaq istəyirəm.  Bu gün çirkli pulların yuyulması həm birjalarda yeni alətlər vasitəsilə, həm eyni zamanda sosial şəbəkələr üzərindən həyata keçirilir. Son dövrlər Tik-tok və başqa sosial şəbəkələr bu istqamətdə istifadə olunan aktiv alətlərdən biri kimi artıq nəzarətedici qüvvələrin diqqət mərkəzindədir. Digər üsullar da var. Şirkətlər arasında saxta fakturalar əsasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi kimi alətlərdən istifadə olunur. 

Azərbaycan qanunvericiiyində risqli vergi ödəyiciləri var.  Risqli vergi ödəyiciləri əmtəəsiz əməliyyat aparanlar, yəni ixdal etmədiyi və ya almadığı malları satan, heç bir maddi-texniki vəsaiti və əməkdaşları olmadan iş görən, bir malı alıb, amma başqa adlı bir malı satan vergi ödəyiciləridir. Yəni heç bir mal və dövriyyənin ortada olmadığı halda hansısa müqavilələr əsasında bir ödəyicidən başqa bir ödəyiciyə vəsaitin köçürülməsi məsələsi geniş yayılmış alətlərdən biridir. Risqli vergi ödəyicilərindən də istifadə edilir"-deyə R.Həsənov qeyd etdi.

Mütəxəssisin sözlərinə görə, başqa bir tərəfdən, müxtəlif  qeyri-iqtisadi   əsaslandırması olmayan biznes layihələri var ki, onların üzərindən də bu iş görülür. O vurğuladı ki, burada dövlət məmurlarının öz səlahiyyətlərindən istifadə edərək qeyri-leqal şəkildə, korrupsiya və rüşvət yolu ilə əldə olunan gəlirlərin yönəldilməsi üçün hansısa müəssisələr formalaşdırılır. "Məmurlar tərəfindən biznes subyektləri formalaşdırılır və biznes layihələri çərçivəsində gəlirlərin əldə edilməsi adı ilə çirlki pulların artıq rəsmi dövriyyəyə daxil edilməsi alətindən də istifadə olunur. Guya bunlar sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlərdir. Burada çox üsullardan istifadə edilir. Məsələn, sığorta mexanizminin özü çirkli pulların yuyulmasında istifadə olunan alətlərdəndir. Bu alətdən həm dünyada, həm də bəlkə Azərbaycanda da müəyyən mənada istifadə olunub. Bu istiqamətə alətlər var. Baxır hansı siqment bu prosesə cəhd göstərir və əlində hansı alətlər var. Ondan da istifadə edir"-deyə R.Həsənov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ