Cümə axşamı günü, 08 oktyabr 2026
     

Qara dənizdə gərginlik - Qazaxıstan üzünü tam Azərbaycana çevirir...

Image


Ukrayna və Rusiya arasında müharibə artıq Qara dəniz hövzəsində də şiddətlənir və buradakı daşımaçılığa, o cümlədən neftin nəqlinə təhdidlər yaradır. Nəzərə alsaq ki, bu marşrut üzrə daşınan neftin xeyli hissəsi Qazaxıstana məxsusdur, onda bu ölkə üçün alternatıv yolların aranması daha da aktuallaşır. 

Bu səbəbdən Qazaxıstanın Azərbaycan üzərindan daha çox neft daşımasına maraq göstərməsi də təbii sayılır.

Ümumiyyətlə, Qazaxıstan neft tədarükü marşrutlarını şaxələndirmək üçün Azərbaycanın ərazisi və infrastrukturu ilə tranzitlə bağlı müxtəlif variantları nəzərdən keçirir. Belə ki, Qazaxıstan cari ilin sonuna kimi Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ildə 1,5 milyon ton neft ixrac etməyi, onu ildə 6-6,5 milyon tona çatdırmağı planlaşdırır. Hazırda tədarük tam sürətlə gedir. Qeyd edək ki, Qazaxıstan Azərbaycan boru kəmərləri vasitəsilə neft ixracını artırmaq üçün liman və dəniz infrastrukturunu fəal şəkildə gücləndirir. Belə ki, Qazaxıstanın "KazMunayQaz" neft şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin  "Abu Dhabi Ports Company" qurumu Xəzər və Qara dəniz akvatoriyalarında neft nəqlini artırmaq məqsədilə dedveyti 8-12 min ton arasında olan tanker parkı almağı planlaşdırır. Həmçinin, "Batumi neft terminalı"na sahib olan Qazaxıstanın "QazTransOil" magistral neft kəmərlərinin operatoru bir əmirlik şirkəti ilə birgə Batumidə neft terminalının gücünün artırılması variantlarını nəzərdən keçirir. Azərbaycan tərəfi Qazaxıstana daha bir ixrac marşrutunu - Bakı-Supsanı təklif edib. Qara dəniz hövzəsində yaranan gərginlik fonunda Qazaxıstanın Azərbaycan marşrutlarına marağı daha da artır. Bu xüsusda Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Amerikanın səsi"nə qeyd edir: "Qazaxıstan o Xəzəryani ölkələrdəndir ki, yaxın 10 ildə hasilatı 90 milyondan 125 milyon tona qədər artırmağı düşünür. Bəs bu artan həcmlər necə gedəcək? Çünki Qazaxıstanın ancaq 80 faiz nefti bir boru kəməri - Tengiz-Novorossiysk ilə Rusiya üzərindən daşınır. Bu baxımdan da 2023-cü ildə Azərbaycan üzərindən daşımalar təkcə Azərbaycana yox, həmçinin İran üzərindən svopa (dəyişmə) da bağlıdır. Bu məsələləri, yəni Xəzər üzərindən daşımaları artırmaq üçün Dubay şirkəti ilə bir müqavilə də artıq var. Qazaxıstan öz hesabına tankerlərin əldə edilməsi və təkcə Xəzər hövzəsində deyil, o cümlədən Xəzərdən kənarda onun daşıması üçün böyük tutumlu tankerlərin alınmasına baxır. Bütün bunlar ona dəlalət edir ki, Qazaxıstan neftinin yaxın illərdə yavaş-yavaş Azərbaycan üzərindən daşımalarını həm Bakı -Tiflis-Ceyhan üzərindən, həm də dəmir yolu ilə Qara dəniz limanlarına çıxarılması ilə həcmləri artacaq". Bu halda matraqlıdır, Azərbaycanın mövcud infrastrukturu hansı həcmlərdə Qazaxıstan neftininin daşınmasına imkan verir? Müəyyən olunmuş hədəflərə çatmaq üçün tərəflər daha hansı işləri görməlidirlər? İlham Şaban bu xüsusda bildirir: "Burada maraqlı məsələ nədir. Bakı-Tiflis-Ceyhan boru kəmərinin yarısından faktiki olaraq, Azərbaycan öz imkanları hesabına istifadə edir. Ancaq bu o demək deyil ki, tutaq ki, Qazaxıstandan 30 milyon ton nefti qəbul edib, ora vura bilərik. Bundan əlavə Azərbaycanın Bakı-Supsa kəməri minimum 5 milyon ton nefti ötürə biləcək. Bundan sonra Azərbaycanın dəmir yolu vasitəsilə 10 milyon tona qədər nefti daşımaq mümkündür. Yəni bu ümumi layihə gücləridir. Ancaq Xəzər dənizinin o tayından bu tayına o nefti daşımaq lazımdır. İndiki mövcud tankerlərin sayı cəmi 12.5 milyon ton neftin daşımasına imkan verir".

Hələlik isə bəllidir ki, Qazaxıstan 2026-cı ilə qədər öz neftinin Azərbaycan ərazisindən ixracını 15 milyon tona çatdırmağı planlaşdırır. Azərbaycan istiqamətində neft tədarükünün inkişaf etdirilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrup yaradılıb. Eyni zamanda, əsas sual belə həcmlərdə neftin ixracı üçün marşrutun hazır olması, xüsusən də liman infrastrukturunun və tanker donanmasının "qara qızıl"ın daşınmasına nə dərəcədə imkan verəcəyidir. Bunun həlli üçün Qazaxıstan 2025-ci ilə qədər Transxəzər marşrutunun inkişafına 20 milyard dollar investisiya cəlb etmək niyyətindədir. Azərbaycan, həmçinin, Transxəzər marşrutu çərçivəsində Bakı limanının və xüsusilə Dübəndi neft terminalının imkanlarının genişləndirilməsi üzərində işləyir. Bundan başqa, Azərbaycan Xəzərdə ən böyük donanmaya malik ölkədir. Bununla yanaşı, Azərbaycan donanmasına hər il yeni gəmilər daxil edir. Araşdırmalar da göstərir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Son 20 ildə ölkəmiz tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ilə birləşdirilərək yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər də xüsusi yer tutur. Bunlar Qazaxıstanın da diqqətindən yayınmır.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ