Energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bir sıra maraqlı faktlardan bəhs edib. Nazir məqaləsində yazır ki, bu il Azərbaycanda təbii qaz hasilatı 48,7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr həcmində proqnozlaşdırılır.
Nazir bildirib ki, enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş olub: “2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il qaz tədarükü 40 % artımla mümkün ən yüksək səviyyəyə - 11,4 milyard kubmetrə çatdırılıb”.
Mətləb