Macarıstanın Moskvadakı səfirliyi rusiyalı turistlərdən onlara verilən Şengen vizasını hansı məqsədlə istifadəsi barədə məlumat vermələrini tələb edib. Rusiya mətbuatının yazdığına görə, yeni qərar rus turistlər üçün qanqaraldıcı xəbərdir. Çünki əvvəllər turistlər bu ölkəyə səfər etmək planlarını təsdiqləyir, gediş-dönüş biletləri alır və otel sifariş edirdi.
Lakin turistlər Macarıstandan qayıtdıqdan səfirliyə gəlib konsulla müsahibədə iştirak etməlidirlər. Vurğulanıb ki, buna səbəb odur ki, diplomatik korpus turistlərin vizanı təyinatı üzrə istifadə etdiyinə əmin olmaq istəyir.
Mətləb