2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına görə, bunlar 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4% və 0,7% azdır. Son nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3% azdır.