İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nazirinin müavini ilə Bakı ilə Pekin arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə etdiyini bildirib.
“Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov “X” sosial şəbəkəsində yazıb.