Azərbaycanda “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər onun üzərindən 4 086 elektron lisenziya verilib. Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunun 774-ü 2023-cü ilin payına düşüb.
İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.
Mətləb