ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclasından sonra qızılın qiymətində artım müşahidə olunur. Belə ki, dünya bazarında qızılın qiyməti 0,34 % artıb, gümüşün qiyməti isə 0,85 % azalıb. Artıq Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 6,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 976,75 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti 1 unsiyaya görə 25,183 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Birjalar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.
Mətləb