şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanda büdcə qaydası dəyişir...

Image


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun (bundan sonra – Qanun) tətbiqini təmin etmək məqsədilə hazırlanıb.

Adıçəkilən Qanunla büdcədənkənar fondların həm də hüquqi şəxs yaratmadan müstəqil pul vəsaitlərinə malik məqsədli dövlət maliyyə fondları kimi təsis edilə bilməsi müəyyən olunur. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən istisna edilir.

Bəhs olunan Qanunla büdcə qaydasını tənzimləyən maddə yeni redaksiyada verilir. Yeni redaksiya ilə ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula olan nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula olan nisbətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən yuxarı hədlərdən çox ola bilməməsi və bu yuxarı hədlərin isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanması müəyyən edilir.

Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və Milli Məclisə təqdim olunan sənədləri tənzimləyən maddədən Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı və növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi çıxarılır və həmin maddədə digər dəyişikliklər edilir. Büdcə təşkilatlarının və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların həmin vəsaitlərdən istifadə barədə aylıq hesabatları ləğv edilir. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan müstəqil pul vəsaitlərinə malik büdcədənkənar fond olması müəyyən edilir.

Dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondları arasında qarşılıqlı əlaqəni tənzimləyən maddədə bir sıra dəyişikliklər edilir. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların vəsaitlərinin istifadəsi və uçotunun həmin büdcədənkənar dövlət fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun həyata keçirilməsi müəyyən edilir. Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinin tədbirlər planı vasitəsilə həyata keçirilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarına aid edilir.

Həmçinin qanunda hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməməsi, onların maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunmaması müəyyən edilir.

Qeyd olunan dəyişikliklər qanunda daxili ziddiyyətin aradan qaldırılması, eləcə də “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi zərurətini də yaratmışdır.

Onlar aşağıdakılardır:

Qanun layihəsinin 1-ci maddəsi üzrə verilən təkliflər:

Qanunun 12-ci maddəsindən Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansının (12.1.9) çıxarılması səbəbindən həmin sənədi hazırlayan Maliyyə Nazirliyinin təklifi ilə Qanundan “toplu maliyyə balansı” anlayışının (maddə 1.1.22) çıxarılması nəzərdə tutulur.

Qanunun 27.2-ci maddəsinə əsasən, büdcədənkənar dövlət fondlarının xərcləri icmal büdcənin xərclərinə daxil edilərkən Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı olan xərclər isə istisna edilir. Bu hal isə yeni daxil edilən 1.1.31-2-ci maddə ilə ziddiyyət yaratdığı üçün həmin xərclərin sonuncu maddə də istisna edilməsi zərurətini yaradır.

Qanunun 15.4-cü və 19.5-ci maddələrinə edilən dəyişikliklər redaktə baxımından dəqiqləşmə və Vergi Məcəlləsinin 22-1.3-cü maddəsi ilə ziddiyyətin aradan qaldırılması məqsədini daşıyır.

Qanunun 27.9-cu maddəsində hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatlarının dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunması; Qanunun 27.5-ci maddəsinə görə isə Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Hesablama Palatasının və büdcədənkənar dövlət fondlarının rəyi nəzərə alınmaqla, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin büdcədənkənar dövlət fondları bu hesabatları ölkə Prezidentinə, Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim etməklə rübdə bir dəfə mətbuatda dərc etdirirlər. Ziddiyyətə yol verilməməsi üçün hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondları olan dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu 27.9-cu maddədə istisna olunur.

Qanun layihəsinin 2-ci maddəsi üzrə verilən təkliflər:
Qanunun 1.1.5-ci, 1.1.31-1-ci və 1.1.31-2-ci maddələrini nəzərə alaraq, işsizlikdən sığorta fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olmasının dəqiq əks olunması üçün “İşsizlikdən sığorta haqqında” Qanunun 20.1-ci maddəsinə dəyişiklik təklif olunur.

Qanun layihəsinin 3-cü maddəsi üzrə verilən təkliflər:

2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunla 27.7-ci maddəyə edilən dəyişikliyə əsasən, Hesablama Palatası yalnız “Büdcə sistemi haqqında” Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. Bunu nəzərə alaraq, “Hesablama Palatası haqqında” qanuna dəyişikliklər təklif edilir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Eyni zamanda büdcə ssudaları, icmal büdcə xərclərinin yuxarı həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və ortamüddətli dövr anlayışları yeni redaksiyada verilir. Həmçinin Qanuna yeni transfert, icmal büdcənin gəlirləri və icmal büdcənin xərcləri anlayışları əlavə olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiz, ya da yox olacaqsız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ