Bazar günü günü, 11 oktyabr 2026
     

İdxal benzinlərində qiymət dəyişməsi avtomobil parkına təsirsiz ötüşməyəcək

Image


Məlum olduğu kimi, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Beləliklə, premium markalı Aİ-95 və super markalı Aİ-98 benzinin hər biri 40 qəpik bahalaşıb.

Xatırladaq ki, hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Araşdırmlara əsasən, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9 faizi Aİ-95 premium və Aİ-98 super markalı benzinin payına düşür. Bu markalı benzinlərin bahalaşmasına gəlincə, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir. Yəni bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artmasının nəticəsidir. Benzin istehsalı ilə məşğul olan ölkələrin ixrac siyasətinin dəyişməsi qiymətlərin bahalaşmasının əsas səbəbidir. Ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı dünya bazarında yüksək oktanlı yanacağın bahalaşması ilə birbaşa əlaqədardır. Onu da qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti ölkəmizdə son dəfə 2021-ci ilin sentyabrında bahalaşıb. Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyədək yüksəlib. Ondan əvvəlki bahalaşma isə həmin ilin iyulunda olub, qiymət 1,4 manatdan 1,45 manatadək yüksəlib. Bahalaşan bu benzin markalarının qiyməti dövlət orqanı olan Tarif Şurası tərəfindən tənzimlənmir. Azərbaycanda kütləvi istifadə olunan Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətində heç bir dəyişiklik olmayıb. Benzinin bahalaşması, əslində, bütün dünyada özünü qabarıq büruzə verir. Məsələn, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq bir litr üçün 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları - Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb. Aİ-95 benzinindən ölkədə bahalı avtomobillər istifadə edir. Bu mənada bahalaşma daha çox avtomobil sektoruna təsir edəcək. Ekspertlərə görə, bu hal  ölkəyə yeni avtomobillərin gətirilməsinə mənfi mənada təsir edəcək. Qeyd edilən  markalı benzinlərin qiyməti bahalaşdıqca avtomobil bazarında onlarla işləyən maşınlara maraq azalır. Beləliklə, qiymət artımı avtomobil parkının yenilənməsinə təsirsiz ötüşməyəcək.

Gözlənilir ki, neft bahalaşmaqda davam edərsə, idxal benzinlərinin qiyməti daha da artacaq. Bu mənada hesab edilir  ki, yeganə çıxış yolu dünyadakı benzin qiymətlərindən asılılığın azaldılmasıdır. Məlumatlara əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dəyişikliklər və son texnologiyanın tətbiqi nəticəsində gələn ildən ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı mümkün ola bilər. Belə olduğu halda, Azərbaycan bu markalı benzini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilə və bu zaman qiymətlər dövlətin öz siyasətinə uyğun olaraq tənzimlənə bilər. Xatırladaq ki, SOCAR şirkəti vaxtilə Aİ-95 premium markalı benzin istehsal edib. Lakin bir neçə il öncə istehsal dayandırılıb. Həmin vaxt şirkət daha keyfiyyətli məhsul istehsal etmək istədiyini elan etmişdi. İndi baş verənlərlə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov bildirir ki, dünya ölkələrində Aİ-95-in ortalama statistikası təxminən 1,47 dollardır: “Lakin bizim neft ölkəsi olmağımız bu məsələyə daha həssas yanaşmamızı zəruri edir. Orbitə peyklər buraxan, “Ağıllı kənd” yaradan, ordusunu modernləşdirmiş bir ölkə kimi məhz 7-8 il öncə neft sənayesində də bu addımı ata bilərdik. Yəni daha modern zavodlar quraraq hazırda Aİ-95 istehsal edə bilərdik. Bunu istehsal edə bilməmiyimiz bizim neft sənayesi üzrə ən böyük çatışmazlığımızdır. Bu məsələyə diqqət verilməli idi. Hazırda Aİ-95 markalı benzinin istehsalı ilə bağlı işlər gedir. Amma bu istehsal daxili tələbatı ödəyə biləcəkmi, idxaldan asılılıq aradan qalxacaqmı-qalxmayacaqmı kimi suallar hələ ki, cavabsızdır, zamanla görəcəyik. Aİ-95 markalı benzinin qiymətinin bahalaşmasının iqtisadiyyata, real inflyasiyaya mənfi təsiri olmayacaq. Dizel, Aİ-92 kimi bu benzinin real iqtisadiyyata, inflyasiyaya ciddi mənfi təsirləri olacağını düşünmürəm. Aİ-92, dizel qalxarsa, bu, daha böyük fəsadlara gətirib çıxaracaq. Çünki istehsal bahalaşacaq, məşğulluğa mənfi təsir edəcək, müəyyən problemlər yaranacaq. Nəticədə inflyasiya güclənəcək və zəncirvari iqtisadiyyatın bütün sahələrinə mənfi təsir edəcək. Ona görə də, mütləq şəkildə dizel və Aİ-92-nin qiymətini qorumalıyıq. 95 və 98 markalı benzinlər ümumi istehlak olunmuş benzinin 9%-ni təşkil edir. Statistikalara görə, 8.8% Aİ-95 markalı, 0.2% isə Aİ-98 markalı benzindir. Buna görə də, mütləq şəkildə biz digər yanacağın hansısa bir formada qalxmasını əngəlləməliyik”. Ölkəmizdə istifadə edilən əsas yanacaq növləri dizel və Aİ-92 benzinidir ki, bunlar da ölkə daxilində istehsal olduğuna görə, onların qiymətini dövlət özü tənzimləyir. Bu markalı yanacaq növlərinin isə yaxın perspektivdə bahalaşması gözlənilmir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ