Cümə axşamı günü, 26 noyabr 2026
     

Vergiyə cəlb edilən kirayə evlərin sayı artırılır, qiymətlərdə artım gözlənilir

Image


Azərbaycanda kirayə evlərin qiyməti bahalaşa bilər. Buna səbəb kirayə evlərin vergiyə cəlb edilməsi istiqamətində müvafiq dövlət qurumlarının bir sıra addımlar atmağa hazırlaşmasıdır.

Qeyd edək ki, hazırda ölkədə kirayə verilən evlərin sayı elə də az deyil. Lakin onların az qismi vergiyə cəb edilir. Bu da faktiki qanun pozutusu hesab olunur. Belə bir vaxtda bəlli olub ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarının onlara məxsus mənzilləri kirayəyə verməsi ilə bağlı “qara bazar”ı aradan qaldırmaq üçün müzakirələr aparacaq. Qurumun idarə rəisi Rəşad Nuriyev bu xüsusda bildirib: “Hazırda kirayə mənzil bazarında vergidən yayınma halları var. İki şəxs öz aralarında razılaşırlar və notarial qaydada müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə təşviq etmək üçün müzakirələr aparacağıq”. Bəs şəxsi evini kirayəyə verən vətəndaş qeydiyyata alındıqdan sonra nə qədər vergi ödəməlidir? Dövlət Vergi Xidməti bildirir ki, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına "Gəlir vergisi bəyannaməsi" təqdim etməlidir. Lakin reallıq budur ki, bəzi vergiödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Başqa sözlə, mənzilin kirayə verilməsi vergi orqanlarından gizlədilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir.

Bununla yanaşı, müəyyən olunmuş müddətdə vergi orqanlarinda uçota alinmamağa və hesabat təqdim edilməməsinə görə hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Verginin hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyasi tətbiq edilir. Vergi ödənişi gecikdirildikdə ödəmə müddətindən sonrakı hər bir gün üçün, ancaq bir ildən çox olmamaqla, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Burada bəzi istisnalar da var. Məsələn, kirayəçi tələbədirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, VÖEN-i yoxdursa, o halda evi kirayə verən şəxs vergi ödəməlidir. Əks halda isə kirayəçi özü ödəyir. Yuxarıda qeyd edildiyi kimi, monitorinqlər evini kirayə verənlərin çoxunun bu ödənişi etmədiyini göstərir. Bu da əslində vergidən yayınmadır. Ekspertlər isə hesab edir ki, kirayə mənzillərin vergiyə cəlbi üçün stimullaşdırıcı tədbirlər görülə, məsələn, vergi dərəcəsi azaldıla bilər. Hesab edilir ki, burada 14 faiz deyil, 7-8 faiz vergi tutulması mümkündür. Belə halda daha çox sayda kirayə mənzili vergiyə cəlb etmək olar. Lakin istənilən halda evini kirayə verən şəxsin vergiyə cəlb edilməsi halında onun kirayə qiymətlərini artırması da qaçılmaz hesab olunur. Onu da qeyd edək ki, evlərin kirayəsi zamanı müvafiq müqavilələrin olması da zəruri hesab edilir. Müqaviləsiz verilən kirayə evlər dövlətə maddi ziyan vurmaqla yanaşı, ev sahibi üçün də bir sıra problemlər yaradır. Problemlərdən biri budur ki, ev yiyəsi istənilən zaman kirayəşini evdən çıxara bilər. Bu halda kirayə götürənin hüquqları pozulur. Halbuki müqavilə olarsa, fors-major hallarda da kirayə götürənə 1 aylıq vaxt verilir və nəticədə onun hüquqları qorunur. Bəzən kirayə götürənlərlə də müəyyən problemlər yaşanır. Onlar ya evdən çıxmırlar, ya da evi sahibindən xəbərsiz satışa çıxarırlar. Xüsusən də ev yiyəsi xarici ölkədə yaşayırsa, bu hal baş verir. Rəsmi müqavilə olmadığına görə, problemi həll etmək də mümkün olmur. Bununla yanaşı, müqaviləsiz götürülən evlərdə cinayət hadisələri baş verdikdə, hüquq-mühafizə orqanları ev yiyəsini sorğu-suala tuturlar. Kirayə verən və kirayəyə götürən vətəndaşlar arasında maraq yaratmağın vacib olduğunu qeyd edən ekspertlərə görə, işlərin rəsmi qaydada aparılması vergidənyayınma hallarını da azaldacaq. Lakin yuxarıda qeyd edildiyi kimi, kirayə məsələsinin rəsmi şəkildə həyata keçirilməsi fonunda vətəndaşlara müəyyən güzəştlərin edilməsinə ehtiyac var. Bu fonda daha çox sayda kirayə evin vergiyə cəlbi mümkün hesab edilir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ