Cümə axşamı günü, 26 noyabr 2026
     

Neft-qaz hasilatçıları bu il 4 trilyon dollar pul qazanacaq, Azərbaycan da bu sırada...

Image


Dünya ölkələrinin böyük əksəriyyəti yüksək neft və qaz qiymətləri ilə bağlı olaraq ciddi problemlər yaşamaqda, o cümlədən durmadan artan inflyasiyadan əziyyət çəkməkdədir. Hətta buna görə neft şirkətlərinə administrativ təzyiq cəhdlərinə belə rast gəlinir. Məsələn, ABŞ prezidenti Cozef Bayden istehsalçıları və tədarükçüləri benzinin qiymətini aşağı salmağa çağırıb: "Yanacaq şirkətlərinə çox sadə bir mesaj göndərirəm: qiymətləri endirin, bunu indi, bu gün edin. Sizin istehlakçılar, Amerika vətəndaşları özlərini daha yaxşı hiss etməlidirlər".

“Financial Times” qəzeti yazır ki, ABŞ-da benzin qiymətləri rekord səviyyəyə yaxındır ki, bu da inflyasiyanı yüksək səviyyədə saxlayır və Bayden üçün siyasi problemə çevrilib. Baydenin ABŞ neft şirkətlərinə qarşı ritorikası son həftələrdə olduqca sərt olub. Keçən həftə o, Ukraynadakı vəziyyətlə əlaqədar benzini bahalaşdıran neft şirkətləri üçün bu qədər yüksək gəlirlərin qəbuledilməz olduğunu söyləyib. Lakin bu hədələr hələlik hansısa nəticə vermir. əksinə, neft qiymətləri yüksək həddə qalmaqda davam edir. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, qlobal neft və qaz sektorunun gəlirləri 2022-ci ildə 4 trilyon dollaradək yüksələcək ki, bu da beşillik orta göstəricidən iki dəfə çoxdur. Qeyd olunan gəlirlərin böyük hissəsi əsas neft və qaz ixrac edən ölkələrin payına düşəcək. Hesabatda qeyd olunur ki, hazırda ənənəvi yanacaq növlərinə olan qiymətlər bir çox iqtisadiyyatlar üçün böyük zərbədir, lakin eyni zamanda neft və qaz istehsalçıları üçün görünməmiş bir qazanc yaradır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan da böyük gəlirlər əldə edən ölkələr sırasında yer alır. Dünya bazarında ölkəmizin satdığı “Azeri Light”  markalı neftin qiyməti 120 dollardan yuxarıdır. Bu fonda ölkə gəlirləri əhəmiyyətli dərəcədə artıb, hətta dövlət büdcəsinə yenidən baxılmasına start verilib. Maliyyə naziri Samir Şərifov bildirir ki, 2022-ci ilin ötən beş ayında icmal büdcənin göstəricilərində nəzərdə tutulan proqnozlarla müqayisədə əhəmiyyətli dəyişikliklər qeydə alınır. Gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və yaxud 24,2 faiz artıb: “ Heç şübhəsiz, dünya bazarlarında neft, neft məhsulları və qaz satışı üzrə olduqca münbit konyunkturanın olması nəticəsində cari ilin yanvar-may aylarında xam neftin ixrac qiyməti dövlət büdcəsinin gəlirlərinin proqnozu üzrə bir barrel üçün nəzərdə tutulan 50 ABŞ dollarından iki dəfə çox olub. Həmçinin qlobal miqyasda yaranan yüksək inflyasiyanın ölkəmizə sirayət etməsi icmal və dövlət büdcələrinin gəlirlərinin artımına mühüm töhfə verib”. Bu fonda Azərbaycanın strateji valyuta ehtiyatları da sürətlə artır. 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 milyard dollara yüksəlib.

Ölkənin qaz satışından gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Hətta tarixdə ilk dəfə Azərbaycanın neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri bərabərləşməkdədir. Belə ki, bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub. Daha bir mühüm məqam odur ki, neft və qazın yüksək qiymətləri heç də yenidən baxılan büdcədə artımların əsas mənbəyi kimi götürülmür. Cari ilin dövlət büdcəsinə dəyişikliklərdə diqqəti cəlb edən ən mühüm cəhət Dövlət Neft Fondundan transfert məbləğinin nəinki artırılmadığı, əksinə azaldılması oldu. Dəyişikliklərə əsasən 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat təşkil edəcək ki, bu da uyğun olaraq 2 milyard 381 milyon 800 min manat və ya 8,9 faiz, 2 milyard 424 milyon 800 min manat və ya 8,1 faiz çox deməkdir. Yenilənmiş dövlət büdcəsi gəlirlərinin 11 milyard 740 milyon manatı və ya 40,2 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 milyard 605 milyon manatı və ya 15,8 faizi Dövlət Gömrük Komitəsinin, 11 milyard 517 milyon 500 min manatı və ya 39,4 faizi ARDNF-dən transfertin, 83 milyon 400 min manatı və ya 2,9 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 31 milyon 800 min manatı və ya 1,1 faizi sair, 183 milyon 300 min manatı və ya 0,6 faizi isə büdcə fondlarının payına düşəcək. Beləliklə də, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat az həyata keçiriləcək. Bununla belə Azərbaycanın neft gəlirlərinin bu il ərzində yüksək olacağaı proqnozlaşdırılır. Buna səbəb Səudiyyə Ərəbistanının əksər müştərilər üçün neftin qiymətini gözləniləndən daha çox artırmasıdır. Digər tərəfdən isə Avropa İttifaqı Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı qərar qəbul edib. Rusiya Avropa İttifaqı ölkələrinə yalnız xam neft ixrac etmir, eyni zamanda, emal olunmuş neft məhsulları da göndərir. Rusiya neftindən imtina Avropa bazarlarında dizel yanacağının, müxtəlif markalı avtomobil benzinlərinin və aviakeratinin qıtlığını yaradır. Bu da neft qiymətlərinin daha sürətli artımına rəvac verir. Neft hasilatçısı olaraq Azərbaycan bu vəziyyətdə daha yüksək qazanc əldə etməkdə davam edəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ