"Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınması üzrə tədbirlər görülür" - Nazir

img

Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınması üzrə tədbirlər görülür. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Müvafiq dövlət orqanlarına bu məsələnin həlli üçün tapşırıqlar verilib", - nazir deyib.

Onun sözlərinə görə, sahibkarlarla da müvafiq işlər aparılır.

"Sahibkarların öz məsuliyyətlərini başa düşməsi, vəziyyətdən sui-istifadə etməməsi lazımdır", - S.Şərifov bildirib.

Peşə etikası

Son xəbərlər