Bazar günü günü, 11 oktyabr 2026
     

Benzin və dizelin qiymətləri dünyada rekord qırır, Azərbaycanda sabitlikdir

Image


Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyata böyük təsir göstərərək yüksək inflyasiya səviyyəsinə, neft və yanacağın qiymətinin rekord dərəcədə artmasına səbəb olub. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar enerji sektorunu da əhatə etdiyi üçün bütün dünyada yanacağın qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

İndi ölkələrin böyük əksəriyyəti benzin və dizelin yüksək qiymətlərindən əziyyət çəkir. “Global Petrol Prices” saytının məlumatına görə, bu il martın 21-dən iyunun 21-dək dünyada benzinin orta qiyməti 1,44 dollar təşkil edib. Hətta enerji resursları ilə zəngin ərəb ölkələri də bahalıqdan əziyyət çəkir. Hazırda ərəb ölkələri arasında benzinin ən baha satıldığı ölkə Mərakeşdir, burada benzinin bir litri 1,68 dollara satılır. İkinci yerdə İordaniyadır. Burada  1 litr benzin üçün 1,66 dollar ödəmək lazım gəlir. Üçüncü yeri isə 1,42 dollarla Livan tutur. Ərəb dünyasında ən ucuz benzinin qiyməti Liviyadadır - litri 0,03 dollar. Azərbaycan manatına çevirdikdə burada 1 litr benzin üçün cəmi 5 qəpik ödəmək lazım gəlir. Amma dünyanın əksər ölkələrində durum fərqlidir. Məsələn, Latın Amerikası ölkələrində dizel yanacağının qiyməti iyun ayı ərzində üçüncü dəfə rekord səviyyəsinə çatıb. Burada yerləşən  ölkə administrasiyaları dizel istehsalının yüksək tələbatla ayaqlaşmaq üçün əlindən gəldiyini etdiyini açıqlayıb. Lakin xatırladaq ki, iyun ayında baş vermiş zəlzələ nəticəsində Meksikanın “Salina Cruz” neft emalı zavodu sıradan çıxıb və bununla əlaqədar ölkə neft emalı ilə bağlı problemlər yaşayır. Cənubi Amerikanın cənub hissəsində yerləşən ölkələr də qış mövsumuna hazırlaşır, bu isə enerji istehsalı və nəqli üçün daha çox benzinin işlədilməsi anlamına gəlir. Bu da bahalaşmaya əlavə təkan verir. Ukraynada davam edən münaqişə və Amerika ölkələrində yaşanan inflyasiya bu problemləri daha da mürəkkəbləşdirir. ABŞ-ın timsalında bunu aydın şəkildə görmək olar. ABŞ-ın Əmək Statistikaları Bürosunun verdiyi məlumata görə, ötən ay ərzində inflyasiya daha da pisləşib. Ərzaq, kirayə və enerji xərcləri gözləniləndən daha çox artıb. May ayında enerji qiymətləri 3,9 faiz, benzin 4,1 faiz bahalaşıb. Qida xərcləri isə 1,2 faiz artıb. Tez-tez dəyişkən enerji və ərzaq xərclərini aradan qaldıran əsas inflyasiya göstəricisi ayda 0,6 faiz və illik əsasda 6 faiz artıb. “Comerica Bank”ın baş iqtisadçısı Bill Adams bu barədə fikir bildirərək deyib: “ABŞ-da inflyasiya inadkar şəkildə yüksək olaraq qalır. Bu, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu qlobal ərzaq və enerji çatışmazlığını, həmçinin ev qiymətləri, kirayə haqqı və tibbi xidmət kimi ölkə daxilində müəyyən edilmiş qiymətlərin yüksək sürətini əks etdirir”. “The Washington Post” qəzeti yazır ki, ABŞ prezidenti Co Bayden administrasiyasında ölkədə yüksək benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər ciddi təkliflər yoxdur. Qeyd olunur ki, problemin həllini qeyri-adi yollarla tapmaq cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin miqyasını əks etdirir. Nəşrin məlumatına görə, Ağ Ev ümidsizcə göstərməyə çalışır ki, administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə bağlı narazılığını nəzərə alır. Baydenin köməkçiləri amerikalılara yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların verilməsini nəzərdən keçirirlər. İndilikdə isə ABŞ-ın yanacaqdoldurma məntəqələrində bir qallon (3,785 litr) benzinin orta qiyməti 5 dolları ötərək tarixi maksimumu yeniləyib. Bu da hər litr benzin üçün 1,2 dollar vəsait ödənilməsi deməkdir. Ştatlardakı 60 mindən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyası  bildirir ki, ABŞ-da “Regular” markalı (Azərbaycanda Aİ-92 markasına uyğundur) benzinin bir qallonunun qiyməti 5 dolları keçib. 2021-ci il yanvar ayının sonlarında Cozef Bayden ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başladığı ilk həftədə bir qallon benzin 2,39 dollara satılırdı. Ölkədə ən yüksək yanacaq qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında qeydə alınır. Burada sürücülər hər qallon benzin üçün orta hesabla 6,42 dollar ödəməlidir.  ABŞ-da pərakəndə benzin qiymətlərində güclü bahalaşma qış mövsümünün sonundan başlayıb. Ardıcıl olaraq iki aydır ki, ölkədə yanacaq qiymətlərində artım baş verir.

Avropada da vəziyyət mürəkkəbdir. İtaliyada avtomobil benzininin bir litrinin qiyməti 2 avronu keçərək rekord həddə çatıb. Roma və Milan şəhərlərindəki yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti həftə ərzində 4 faizədək bahalaşaraq 2 avronu keçib. Bu, 2014-cü ildən bəri rekord göstəricidir. Şəhərlərarası yollardakı yanacaqdoldurma məntəqələrində isə benzinin bir litrinin qiyməti 2,2 avroya satılır. Dizel yanacağının bir litrinin qiyməti isə 1,7-1,9 avro arasında dəyişir. Milli İstehlakçılar Birliyi hökumətdən aksiz vergilərinin dərəcələrinə müdaxilə etməyi və ƏDV-nin 22 faizdən 10 faizə endirilməsini xahiş edib. Böyük Britaniyada ilk dəfə olaraq avtomobilin standart 55 litrlik yanacaq çənini benzinlə doldurmaq xərci 100 funt sterlinqi (təxminən 125 dollar) ötüb.Ölkədə bir litr benzinin orta qiyməti 1,82 funt sterlinqə (2,28 dollar) qalxıb və beləliklə, avtomobilin yanacaq çənini tam doldurmaq 100,3 funt sterlinqə başa gəlir. Dizel mühərrikli avtomobillər üçün bu məbləğ 103,4 funt sterlinq (129,48 dollar) təşkil edir. Belə ki, Birləşmiş Krallıqda dizel yanacağının litrinin orta qiyməti 1,88 funt sterlinqə (2,35 dollar) çatıb. Çexiyanın yanacaqdoldurma stansiyaları da avtomobil həvəskarlarının əhvalını pozmaqda davam edir. Belə ki, Çexiyada benzin və dizel yanacağının qiyməti yenidən artıb. Bu, avtomobil yanacağı bazarında nisbətən sabit keçmiş bir neçə həftədən sonra baş verib. Bu gün 1 litr benzinin qiyməti 42,70 krona (1,83 dollar), dizel yanacağının qiyməti isə 45 krona (1,93 dollar) çatıb. Bu qiymətlər ötən illə müqayisədə müvafiq olaraq, 11 kron və 15 kron yuxarıdır. Niderlandda neftin bahalaşması fonunda benzinin qiyməti yeni rekord həddə çatıb. Hazırda benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2,504 avro təşkil edir. Amma bəzi yanacaqdoldurma məntəqələrində benzinin 1 litri hətta 2,55 avroya satılır. Niderlandda dizel yanacağının qiyməti də artıb. Hazırda onun 1 litri 2,22 avrodur. Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi fonunda Çində yanacağın topdan və pərakəndə satış qiymətləri bahalaşıb. İyunun 15-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 390 yuan (57,8 ABŞ dolları) və 375 yuan (55,57 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Bu, Çində cari ildə yanacağın 11-ci qiymət artımıdır. Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük yanacaq istehlakçısıdır. Postsovet ölkələrində də benzin və dizel bahalaşır. Məsələn, Ermənistanda ABŞ dolların kursunun faktiki dəyişmə dinamikası dizel yanacağının qiymətində də öz əksini tapıb. 2022-ci ilin yanvar-may aylarında 1 litr dizel yanacağında idxalın faktura qiyməti 52-57 faizə yüksəlib. Məhsulun səhm qiyməti isə 32,4 faiz artaraq 500 dramdan 662 drama (1 ABŞ dolları 420 drama satılır) yüksəlib. Beləliklə, ölkə bazarında dizelin qiyməti 72-76 faizə qədər artırılacaq. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda benzin və dizelin satış qiymətləri həm aşağıdır, həm də ölkədə bu müstəvidə hər hansı bahalaşma qeydə alınmır. Bu da əhalinin rifah halının yüksək səviyyədə saxlanmasının əsas şərtlərindən biridir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ