Cümə axşamı günü, 26 noyabr 2026
     

Liberal dəyərlər üzərində qurulan iqtisadi inkişaf Azərbaycana daha böyük nailiyyətlər qazandırır

Image


Liberal dəyərlərə əsaslanan iqtisadi siyasət yürüdən dövlətlər dünyada mövcud reallıqlar çərçivəsində inkişaflarında daha böyük uğurlara imza atmaqdadır. Məsələ burasındadır ki, liberal dəyərlər sisteminin kökündə cəmiyyətdə və iqtisadiyyatda şəxsiyyətin ləyaqəti, azadlığı və məsuliyyəti durur.

Dövlət bunları ən yüksək səviyyədə təmim etdikdə iqtisadiyyat dinamik tərəqqi mərhələsinə daxil olur. Bunun əyani təzahürünə Azərbaycan nümunəsində rast gəlmək mümkündür.

  • Azərbaycan iqtisadiyyatı postpandemiya mərhələsinə daxil olub

Tədqiqatlar göstərir ki, tarixi perspektivdə liberalizm uğur hekayəsi olaraq qalmaqda davam edəcək. Çünki fərdin hüquqlarına və qanunun aliliyi kimi prinsiplərə əsaslanan hökumətlər inkişaflarında daha çox uğur qazanırlar.

Başqa siyasi fəlsəfə və siyasət bəşəriyyətə liberalizm qədər çoxsaylı faydalar gətirməyib. Məsələn iqtisadi prosesdə məhsuldar qüvvələrin və bəşəriyyətin ümumi sərvətinin dəfələrlə artması məhz liberalizm sayəsində mümkün olub. Elm və texnologiyada saysız-hesabsız yeniliklər, keyfiyyəti, kəmiyyəti müxtəlifliyi liberalizm sayəsində mümkünləşir. Bu, təkcə liberalizmin tarixi vətəni olan Qərbə deyil, Latın Amerikasından tutmuş Asiya və Afrikaya kimi dünyanın bütün digər regionlarına da aiddir. Harada olursa olsun liberal prinsiplər həyatda, insanların rifahında öz təcəssümünü tapır. Liberal prinsiplərin rədd edildiyi yerdə iqtisadiyyat və sosial sahə deqradasiyaya uğrayır, cəmiyyətdə durğunluq, bərabərsizlik, korrupsiya hökm sürür. Liberal cəmiyyətdə hər kəs qabiliyyət və istəyinə görə istədiyi zirvələrinə çata bilir. Liberalizmin əsas məqsədi ictimai rifah üçün dinc inkişafdır və bu zaman insanların tolerantlıq və harmoniya ruhunda əməkdaşlığı ön planda yer alır. Liberalizm bu mənada vətəndaş qarşıdurmalarına və müharibələrə haqq qazandıran digər siyasi doktrinalardan fərqli olaraq vətəndaş sülhü deməkdir. Azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatın inkişafı da məhz liberalizm fonunda baş verir. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmizdə bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına hərtərəfli şərait yaradılır.  Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə prezidenti tərəfindən təsdiq olunmuş “2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər”  məhz liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bqarşıdakı dövrdə də iqtisadi müstəvidə islahatlar davam etdiriləcək. Bu fonda Azərbaycan iqtisadiyyatında qeydə alınan dinamik inkişafın davam edəcəyi proqnozlaşdırılır. Artıq Azərbaycan iqtisadiyaytı koronavirus pandemiyasının mənfi təsirlərini uğurla neytrallaşdırıb. Bu xüsusda maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib: “Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb”. Onun sözlərinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, bu bərpa 2022-ci ilin birinci rübünə təsadüf edəcək: “Amma 2021-ci ildə biz artıq pandemiya zamanı iqtisadiyyatımızı bərpa etməyə nail olmuşuq. 2020-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətlə getmiş bərpa proseslərinə müvafiq olaraq neft sektoru 1,8 % artım, qeyri-neft sektoru üzrə 7,2 % artım qeydə alınıb”. Nazir bildirib ki, 2021-ci ildə ÜDM-in nominal həcmi 70,8 milyard manat planlaşdırılmışdısa, faktiki 92,9 milyard manat təşkil edib: “Bununla yanaşı da ÜDM-in real artımı 3,4 % səviyyədə nəzərdə tutulsa da, faktiki artım 5,6 % təşkil edib. Qeyd edək ki, neftin qiyməti də büdcədə nəzərdə tutulandan faktiki olaraq 70 % çox olub ki, bu da həm dövlət büdcəsinin göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin artmasına münbit şərait yaradır”.

  • Özəl sektorun iqtisadi tərəqqiyə töhfəsi artır

Cari il ərzində iqtisadiyyatda yüksək artım tempinin qorunub saxlanması üçün Azərbaycan bütün zəruri imkanlara sahibdir və dünya bazarlarında mövcud konyunktura da bunun üçün əlverişli zəmin yaradır. Xüsusən də karbohidrogen məhsullarına yüksək tələb Azərbaycanın maliyyə gəlirlərini, investisiya imkanlarını yüksəldir, bu da iqtisadi artıma əlavə təkan verir.

Proqnozlar bundan ibarətdir ki, neft-qaz ixracı Azərbaycana bu il ərzində daha çox vəsait qazandıracaq. Buna paralel olaraq Azərbaycan qeyri-neft-qaz sektoru üzrə də məhsul istehsalını və ixrac həcmini sürətlə artırır.  Məhz bundan irəli gəlir ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir. Cari  ildə biu göstəricinin daha böyük rəqəmlə ifadəsi gözlənilir. Azərbaycanda qeyri-neft sektorunda inkişaf dinamikası ümumi daxili məhsulun artım tempini dəfələrlə üstələyir. Bu tendensiyanın qarşıdakı illər ərzində də davam etməsi proqnozlaşdırılır. O da mühüm haldır ki, qeyri-neft sektorunda sürətli artım əsas etibarı ilə sənayeləşmə hesabına qeydə alınır. İstehsal, xidmət, maliyyə sektorunda mövcud durum, beynəlxalq bazarlardakı vəziyyət,  işğaldan azad edilən ərazilərin  ölkə iqtisadiyyatının formalaşmasında rolunun artması  və digər amillər də bu il ərzində ölkədə iqtisadi artım tempinin yüksək olacağını  göstərir. Bu artım tempində isə özəl sektorun payı artır. Elə bu da liberal iqtisadi inkiçşaf yolunun Azərbacana qazandırdığı uğurlardan biridir. Koronavirus pandemiyasından sonra iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi, qəbul edilən çevik qərarlar, davam edən islahatlar müsbət iqtisadi dinamikanın təmin edilməsində mühüm rol oynayacaq. Dinamik iqtisadi artım ölkə vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. İcra edilən sahibkarlıq proqramları yeni sektorların, xüsusilə xidmət sənayesində yeni istiqamətlərin formalaşmasına stimul yaradır. Azad sahibkarlıq və liberal iqtisadiyyatın formalaşması, eyni zamanda, bu gün həyata keçirilən iqtisadi-siyasətin əsas hədəflərindən biridir. Azərbaycan bu müstəvidə xeyli sayda nailiyyətlərə imza ata bilib.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ