Nazir: "2021-ci il sosial-iqtisadi baxımdan uğurlu il olub"

img

2021-ci il sosial-iqtisadi baxımdan uğurlu il olub.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, pandemiyaya qarşı geniş vaksinasiyanın həyata keçirilməsi və məhdudiyyətlərin tədricən aradan qaldırılması məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində baş verib.

O qeyd edib ki, dünya bazarında neft qiymətlərinin artması iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunmasına şərait yaradıb.

Peşə etikası

Son xəbərlər