Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 20 faizdən çox artırılıb

img

Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4 milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21 faiz və ya 787 milyon manat çoxdur.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.

Nazir bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib.

Peşə etikası

Son xəbərlər