Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi

img

İqtisadiyyat Nazirliyi Rəqabət Məcəlləsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib.

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb. Məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib”, - deyə Dövlət Xidmətinin məlumatında bildirilir.

Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.

Milli Məclisin 2007-ci il dekabr ayının 14-də keçirilən iclasında İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsinin layihəsi ikinci oxunuşda qəbul edilib. Lakin daha sonra nazirlik Məcəllənin layihəsinin təkmilləşdirilməsi ilə bağlı qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb və hətta hökumətə də təqdim edilməyib.

Peşə etikası

Son xəbərlər