Cümə axşamı günü, 26 noyabr 2026
     

Dollar dünya valyutalarını yenə sıxışdırır, manat mövqeyini qoruyur

Image


Dünya iqtisadiyyatı getdikcə daha böyük problemlər məngənəsinə yuvarlanmaqdadır. Bu fonda daha bir ciddi çətinlik qiymətlərin sürətli artımıdır. İndi hətta inkişaf etmiş ölkələr belə inflyasiyadan ciddi əziyyət çəkir. ABŞ və Avropada qiymət artımları son 50 ilin rekordlarını qırır.

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel indiki halda dünyanın yeni qorxulu iqtisadi böhran ərəfəsində olduğunu qeyd edir: "Biz qlobal iqtisadiyyatın nəticələrindən son dərəcə narahatıq. Elektrik enerjisi və ərzaq böhranı da daxil olmaqla dərin iqtisadi böhranla qarşı-qarşıyayıq". İndiki halda Qərb ölkələri, o cümlədən ABŞ inflyasiyanı cilovlamaq üçün bahalı pul siyasətinə üstünlük verir. Bu fonda ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell “The Wall Street Journal”ın təşkil etdiyi tədbirdə pul siyasəti ilə bağlı mühüm açıqlamalar verib. İnflyasiyanın azaldılması üçün alətlərə və əzmkarlığa sahib olduqlarını vurğulayan Pauell qeyd edib: "İnflyasiyanın aydın və inandırıcı şəkildə aşağı düşdüyünü görməliyik və bunu görənə qədər çalışmağa davam edəcəyik. Əgər bunu görməsək, daha aqressiv hərəkət etməyi düşünməli olacağıq". O, aqressiv hərəkət deyərkən dolların daha da bahalaşdırılmasını nəzərdə tutduqlarını bildirib. Federal Ehtiyat Sisteminin son iclasında faiz dərəcələrini 0,5 bənd artırdılarını və faiz artımının davam etdirilməsinin məqsədəuyğun olacağını düşündüklərinə diqqət çəkən Pauell, növbəti iki yığıncaqda faiz dərəcələrinin daha 0,5 bənd artırılması niyyətlərinin olduğunu qeyd edib.  Bu fonda dollar əksər dünya valyutaları, o cümlədən avroya nisbətdə bahalaşır. Burada bir məqamı da qeyd edək ki, Qərbin Rusiya iqtisadiyyatına qarşı sanksiyaları artıq Avropa iqtisadiyyatına mənfi təsir göstərir. Ona görə də bütün dünyada, o cümlədən Azərbaycanda avro ucuzlaşır. Əslində, Azərbaycan manatı dollara bağlanıb. Əgər avro dollara nisbətən ucuzlaşırsa, Azərbaycan manatına nisbətən ucuzlaşmağa davam edəcək. Avronun dəyərini itirməsi indi birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə davam etdikcə avro ucuzlaşacaq. Hətta fikirlər səslənir ki, Rusiya-Ukrayna müharibəsi bu ilin sonuna qədər davam edərsə, dollar avrodan da bahalaşa bilər. Bununla avro ölkəmizdə də xeyli ucuzlaşa bilər.

Bir mühüm məqamı da qeyd edək ki, dolalrın indiki bahalaşması ABŞ-da və dünyada inflyasiyanın qarşısını almır. Məsələn, məlumdur ki, ABŞ dolları dünyanın bir sıra aparıcı valyutalarına nəzərən bahalaşanda əvvəllər əsas xammal məhsullarının qiymətləri düşürdü, indi isə belə deyil. Bu fonda xatırladaq ki, neftin qiyməti yüksək olanda həmişə ABŞ dolları aşağı dəyərdə olurdu. Əksinə olduqda isə dollar qalxırdı.  Yəni ABŞ neftin dünya bazar qiymətlərinə illər öncə dolların kursu ilə də təsir göstərə və onu idarə edə bilirdi. Federal Ehtiyatlar Sistemi mərkəzi uçot dərəcəsini qaldırmaqla dünya neft bazarlarında qiymətlər enir, aşağı salmaqla isə bahalaşırdı. Hazırda isə tamamilə fərqli mənzərə hökm sürür. Belə ki, Amerika valyutası məzənnə baxımından 2002-ci ildən bəri ilk dəfə olaraq ən yüksək hədd nümayiş etdirsə də neft də kifayət qədər bahadır və bahalaşmaqda da davam edir. Halbuki  Federal Ehtiyatlar Sistemi pul vəsaitləri üzrə uçot dərəcəsini 0,75-1 faiz aralığında təşkil edir. Qarşıdakı günlərdə bu göstərici 1,25-1-5 faiz aralığına çatdırılacaq. Lakin bu hal inflyasiyanı cilovlamır. Sadəcə dolalr bir çox ölkələrin valyutalarına nisbətdə bahalaşır. Qonşularımızdan Türkiyə, İran, Gürcüstan və Ermənistanda da bu hal qabarıq hiss edilir. Azərbaycanda isə manat hələ da sabitdir. Azərbaycan iqtisadiyyatında real durum, xarici valyutalara tələb səviyyəsi, eləcə də xarici ticarətlə bağlı vəziyyət və digər amillər manatın məzənnəsinin sabit və dayanıqlı olmasını şərtləndirir. Xarici ticarətdə müsbət saldo, dünya enerji bazarında mövcud qiymətlər, ölkəmizin malik olduğu valyuta ehtiyatları manatın bundan sonra da uzun müddət sabitliyini təmin edəcək. Ölkəmizin dünya bazarında satdığı “Azeri Light” markalı neftin 1 barrelinin qiyməti artıq 123 dollara çatır. Neftin satış qiymətləri Azərbaycana cari ilin ötən dövründə proqnozlaşdırıldığından daha çox valyutanın daxil olmasına səbəb olub. Təbii qazın satış qiymətləri də bu il ərzində yüksələn xətt üzrə inkişaf edir və Azərbaycana daxil olan xarici valyutanın həcminin artımına əhəmiyyətli dərəcədə təsir göstərir. Enerji resursları ilə yanaşı, qeyri-neft sektoru üzrə də ixrac artımı Azərbaycana daxil olan valyutanın həcmini yüksəldən əsas mənbələr sırasında yer alır. Yüksək enerji qiymətləri, qeyri-neft sektoru üzrə ixracda artım xarici ticarətdə müsbət saldo göstəricisinin kəskin şəkildə yüksəlməsi ilə müşayiət edilir. Enerji və qeyri-neft sektorunda ixrac vəziyyəti, ölkəyə daxil olan valyutanın həcmi manatın məzənnəsinin kifayət qədər dayanıqlı olmasına əsas yaradır. Bundan başqa, ölkəmizdə dövlət borcunun səviyyəsi məqbul həddədir, tədiyyə balansı profisitlidir, iqtisadi artımın sürətli bərpası qeydə alınır. Bu kimi amillər də manatın məzənnəsinə müsbət təsir edir. Qeyd edilənlər manatın sabitliyini bundan sonra da qoruyacağını deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ