20 min manatlıq valyuta almaq istəsən əvvəlcə VÖEN almalısan - bankların tələbində qanunsuzluq?..

Əkrəm Həsənov: “Valyuta mübadiləsi üçün bankların vətəndaşdan VOEN açılmasını tələb etməsi qanunsuzdur”

img

Son zamanlar vətəndaşlar kommersiya banklarında 20 min manat və ya daha çox pulu xarici valyutaya dəyişmək istəyən zaman çətinliklə üzləşir. Belə ki, banklar vətəndaşın istəyini həyata keçirmək üçün mütləq qaydada VOEN almağın gərək olduğunu deyir. Əks halda vətəndaşın pulu dəyişdirilmir.

Qeyd edək ki, bu qayda qanunvericilikdə mövcud deyil. Banklar vətəndaşları çıxılmaz vəziyyətə salmaq üçün belə bir tələb qoyurlar.

Maraqlıdır, banklar valyuta dəyişməyə görə vətəndaşlardan nə üçün VÖEN istəyir?

  • “Banklar vətəndaşlara tövsiyə edə bilər ki, siz sahibkar kimi 20 min manatdan daha çox vəsait konvertasiya edə bilərsiniz”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qeyd etdi ki, valyuta mübadiləsi üçün bankların vətəndaşdan VOEN açılmasını tələb etməsi qanunsuzdur: “Bankların belə bir tələbi ola bilməz. Çünki bankların vətəndaşlardan VÖEN açmağı tələb etmək hüququ yoxdur. Ümumiyyətlə, qanunvericilikdə bununla bağlı heç bir nüans qeyd olunmayıb. Qanunvericilikdə qeyd edilir ki, sahibkarlar VOEN açmalıdır.  Bu probemlə üzləşənlər Mərkəzi Banka şikayət edə bilərlər”.

Ekspert onu da əlavə etdi ki, banklar vətəndaşlara tövsiyə edə bilər ki, siz sahibkar kimi 20 min manatdan daha çox vəsait konvertasiya edə bilərsiniz. Əslində VÖEN açmaqla iş bitmir. Yəni VÖEN-də həmin vəsaitin dövriyyəsi görünməlidir. Sizin sahibklar kimi gəlirlərinizin haradan gəldiyi də göstərilməlidir: “Yəni proses o qədər bəsit deyil. Vətəndaşlar nəzərə almalıdır ki, sadəcə VÖEN almaqla limitsiz şəkildə vəsait konvertasiya edə bilməzlər”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər