Bazar günü günü, 11 oktyabr 2026
     

Dünya yeni neft böhranına yuvarlanır, Azərbaycan sığortalanmış durumda...

Image


Qərb ölkələri Rusiyanın enerji sektoruna yönəlik iqtisadi təzyiq mexanizmlərindən daha geniş miqyasda faydalanmağa indi xüsusi diqqət yetirməkdədirlər. Hesab edilir ki, məhz bu halda Rusiyanın iqtisadi cəhətdən çökdürülməsi mümkün ola bilər. Elə bu səbəbdən ilk olaraq Rusiya neftinin Qərbə idxalının dayandırılması nəzərdə tutulur.

Bu mövzuya yenidən qayıdan  Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borell bildirir ki, rus neftinin Avropaya nəqli dayandırılacaq: “Rusiya neftinə qarşı embarqo ilə bağlı Avropa İttifaqının mövqeyi dəyişməyəcək. Biz Ukraynadakı müharibənin dünyanın hər bir nöqtəsinə təsir edən nəticələrindən çox narahatıq. Qiymətlərin artması, ərzaq çatışmazlığı ilə əlaqədar biz iqtisadi böhranla üzləşə bilərik. Ona görə də biz səylərimizi gücləndirməli və birləşdirməliyik. Rusiya Ukraynanın taxıl ixrac etməsinə, beynəlxalq bazara çıxmasına imkan vermir”. Borrell Macarıstanın Aİ-nin Rusiya neftinə sanksiyasına etirazı ilə bağlı sualını da cavablandırıb: “Bilirsiniz, biz 27 ölkəyik, mən bu 27 ölkəni inandırmalıyam. Bu ölkələrin arasında elələri var ki, digərlərindən problemləri daha çoxdur. Bu da əslində obyektiv vəziyyətdir. Bu ölkələr daha çox asılıdır və embarqo tətbiq olunacağı təqdirdə bu ölkələr daha çox problemlərlə üzləşəcək. Çünki bu ölkələrin bəzilərinin dənizə çıxışı yoxdur ki, tankerlərlə neft qəbul etsinlər, onların yalnız quru yolu ilə Rusiyadan gələn boru kəmərləri var və bu boru kəmərləri ilə neft idxal edirlər. Bütün bunları yaxşı müzakirə edəcəyik və vəziyyətdən çıxmağa çalışacağıq. Düşünmürəm ki, bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişsin, çünki qətiyyətliyi, güclüyük, lakin eyni zamanda, başa düşürük ki, müəyyən xüsusi hallar var. Biz bu vəziyyətdən ənənəvi yolla, müzakirə edərək həll yolu taparaq çıxmağa çalışacağıq. Mənim rolum kimisə günahlandırmaq deyil, konsensus yaratmaqdır”. Rusiya neftinə embarqo tətbiqi niyyəti Avropada enerji məhsullarının qiymət artımı ilə müşayiət edilir. ABŞ-da da eyni vəziyyət hökm sürür. Hətta ABŞ son 50 ilin ən ağır energetik böhranını yaşayır. ABŞ-ın Neft-Qaz Assosiasiyasının prezidenti Tim Stüart bu xüsusda bildirib: "Biz son 50 ilin ən böyük, bəlkə də ən pis enerji böhranını yaşayırıq. Benzin və dizelin qiymətləri rekord həddə çatıb, ehtiyatlar isə minimal səviyyədədir".

Stüart qeyd edib ki, ABŞ-ın hazırki hakimiyyət orqanları nəinki lazımi tədbirlər görmür, hətta enerji böhranını həll etmək istəyənlərə də müdaxilə edir: "Bu administrasiyanın yaranmış vəziyyətdən çıxmağımıza kömək edəcək heç bir strategiyası yoxdur və açığını desəm, onların bütün hərəkətləri problemi həll etməyə çalışanlar üçün əks-məhsuldardır". Hesab edilir ki, rus neftinə embarqo yeni enerji böhranı yarada və qiymətləri xeyli yüksəldə bilər. Hətta 1973-cü ilin böhranının təkrar ola biləcəyindən ehtiyat edənlər də var. Xatırladaq ki, 1973-cü il oktyabrın 17-də OPEC-ə üzv ərəb ölkələri, eləcə də Misir və Suriya Yom Kippur müharibəsi, eləcə də  Misir və Suriyanın İ dövləti ilə münaqişəsi zamanı İsraili dəstəkləyən ölkələrə (Böyük Britaniya, Kanada, Hollandiya, ABŞ, Yaponiya) neft satmayacaqlarını açıqladılar. Bu, ilk növbədə ABŞ və onun Qərbi Avropadakı müttəfiqlərinə aid idi. Növbəti il ərzində neftin qiyməti bir barel üçün üç dollardan on iki dollara qədər qalxdı. Qiymətlərdə birdən-birə 4 dəfə artım olması həmin vaxt neft böhranına səbəb oldu. Neft böhranı zamanı ABŞ və Avropada bir çox yanacaqdoldurma məntəqəsi bağlı qalıb. Niderlandda neft embarqosu zamanı elektrik enerjisindən limitdən çox istifadə edənlərə həbs cəzası tətbiq olunurdu. O vaxt Britaniyanın baş naziri Ted Hit həmvətənlilərini qışda evin yalnız bir otağını isitməyi xahiş edib. İtaliya, Norveç və İsveçrədə qənaət məqsədilə istirahət günlərində təyyarə ilə uçmaq, maşın sürmək və katerlə gəzintiyə çıxmaq qadağan olunmuşdu.

Fransada inspektorlar ofislər və mağazalara reydlər təşkil edərək otaqların temperaturunu yoxlayırdılar. Temperatur 20 dərəcədən çox olardısa, müəssisəni cəriməliyirdilər. Neft böhranına görə bir çox beynəlxalq avtomobil yarışları təxirə salınmışdı. Neft embarqosu 1974-cü ilin martında bitib. İndi də rus neftinə embarqo yeni bphran yarada, qiymətləri ilkin hesablamalara əsasən 300 dollara aldıra bilər. OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib ki, Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər. Onun sözlərinə görə, Rusiya neftinin təchizatının dayanması nəticəsində yaşanan itkini kompensasiya etmək mümkün olmayacaq. Azərbaycan neft hasilatçısı kimi belə böhrandan sığortalanıb. Üstəgəl, neft ətrafında yaranan vəziyyət fonunda ölkəmiz bu məhsulun satışından indi daha çox gəlir əldə edir. Bu ilin 4 ayında, operativ məlumatlara əsasən, hasil edilmiş 11.1 milyon ton neftin 9 milyon tonu ixraca nəql edilib. Qazla bağlı da eyni vəziyyətdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub. Yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 17.4 faiz çox olub. İxracın 46 faizi Avropanın, 38 faizi Türkiyənin, 16 faizi Gürcüstanın payına düşüb.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ