2016-cı ildə Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisinə biletlərin satışına dekabrın 19-dan başlanılacaq.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Yarışların keçiriləcəyi günə altı ay qalmış satışa çıxarılacaq biletləri online almaq mümkün olacaq.
Bu, Azərbaycan tarixində bu qəbildən ilk belə tədbirdir.
Formula 1 yarışlarının keçirilməsinə altı ay qalmış dənizkənarı Milli Parkda təşkil olunacaq tədbirdə musiqili proqram və atəşfəşanlıq da nəzərdə tutulub.
Gələn ilin iyun ayında başlayacaq yarışlarda avtomobillər təxminən altı kilometr uzunluğunda olan yolu 51 dəfə keçəcəklər.
Yarışlar üçün yol həmçinin İçəri Şəhərdən də keçəcək.