Azərbaycan 2018-ci il futbol üzrə dünya çempionatının oyunlarını qəbul edəcək Sankt-Peterburqun tikilməkdə olan "Zenit-Arena" stadionu üçün bayraq ağacları istehsal edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı üzrə Komitənin sədri Elgiz Kaçayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində deyib.