Dünən Bakıda Kiqboksinq üzrə 20-ci Azərbaycan çempionatı keçirilib və çempionatdan hamının yaxşı tanıdığı Ramil Həsənov barədə daha bir xoş xəbər almışıq. Ramil keçirdiyi üç görüşün ikisində rəqiblərini nokauta salıb, birini isə xal hesabı ilə qazanıb. Keçirdiyi bütün görüşləri inamlı qələbə ilə başa vuran 18 yaşlı idmançımız indiyədək qazandığı ən müxtəlif miqyaslı çempion adlarına daha bir çempionluq yazıb və qızıl medal alıb.
Xatırladaq ki, Ramil Həsənov (Cəhrili) indiyədək kiqboksinq üzrə kişilər arasında 6-cı dəfə Azərbaycan çempionu, 3 dəfə dünya, 2 dəfə Avropa çempionu olub, Azərbaycan Respublikasının idman ustası kimi şərəfli ad daşıyır.
Təbrik edirik.