çərşənbə axşamı günü, 18 avqust 2026
     

Azərbaycanın beynəlxalq statusunun möhkəmləndirilməsində Mehriban Əliyeva faktoru...

Image


“Xristian dünyası ilə iş aparandan sonra Ümumdünya Kilsələr Şurası Azərbaycanın əleyhinə qətnamə qəbul etməyib...”

Hər bir müstəqil dövlət xarici siyasətində milli maraqlarını ön planda tutur. Azərbaycan da xarici siyasətində milli maraqlara xüsusi önəm verir. Ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək başlıca məsələlərdən biridir. Eyni zamanda, Azərbaycanın milli maraqları ilə, həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə sıx əməkdaşlıq qurmaq, müttəfiqlik etməklə beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyə malikdir. Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm strateji istiqamətlərindən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və bu ölkələrlə əməkdaşlıq, tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin yaradılmasıdır. Bununla bağlı son illər bir sıra işlər görülüb, geniş, çoxşaxəli siyasət həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsində Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu danılmazdır. 2004-cü il mayın 10-da təsis edilən Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ölkə hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən bir sıra proqram və layihələr reallaşdırıb. Azərbaycanın dünyada tanıdılmasında fəal rol oynayıb və indinin özündə də oynayır. Bu yöndə yüksək idarəetmə məharəti, professionallıq göstərməklə effektiv nəticələr əldə edən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində də çox geniş fəaliyyət göstərir. Onun şəbbüsü ilə «İçərişəhər» tarixi memarlıq qoruğu və «Qobustan» qayaüstü abidələri Ümumdünya Mədəni İrs Siyahısına salındı. Mehriban xanımın səyi nəticəsində mədəni-mənəvi irsimizin əzəmətli abidəsi olan muğam YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi. Dünyanın bir sıra aparıcı dövlətlərində Azərbaycan həqiqətlərinin beynəlxaq ictimayətə çatdırılması ilə bağlı Mehriban xanımın təşəbbüsü ilə keçirilən tədbirlər, dövlət rəsmiləri ilə keçirilən görüşlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bütün bu deyilənlərdən çıxış edərək, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsində Mehriban Əliyevanın rolunu ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Mehriban xanımın bu yöndə xidmətlərini konkret faktlarla əsaslandırdı: “Konkret olaraq Heydər Əliyev Fondu xristian katakombalarını təmir etdirdi. Bu minvalla xiristian dünyası ilə iş aparıb Azərbaycanı Avropaya təqdim etdi. Ümumdünya Kilsələr Şurası deyilən qurum var. Bu qurum əvvəl həm Dağlıq Qarabağ məsələsi, həm də qondarma “erməni soyqırımı” ilə bağlı Azərbaycan və Türkiyəyə qarşı qətnamə qəbul edirdi. Mehriban xanım xristian dünyası ilə iş aparandan sonra Ümumdünya Kilsələr Şurası Azərbaycanın əleyhinə qətnamə qəbul etməyib. Əksinə, müəyyən mənada ermənilərə başa salırlar ki, Azərbaycanla normal qonşuluq edin. Digər tərəfdən, Mehriban xanım uzun müddət parlamentdə ABŞ-la əlaqələrinin kuratoru olub. Bu gün ABŞ-Azərbaycan münasibətləri kifayət qədər üstün səviyyədədir. ABŞ-ın Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi stabil və davamlıdır. Həmçinin, strateji cəhətdən əsaslandırılmış mövqedir. Bir neçə ermənipərəst konqresmeni çıxmaq şərtilə, qalan bütün qurumlar Qarabağ məsələsində həmin mövqeyə əməl edirlər. Daha sonra Mehriban xanım Azərbaycan-Fransa münasibətlərinin kuratoru oldu. Məhz bundan sonra Fransa-Azərbaycan əlaqələri daha da genişləndi. Fransa Azərbaycana peyk satdı. Bunun sayəsində Azərbaycan Kosmos vasitəsilə bir sıra vacib informasiyalar əldə edir. Mehriban xanımın apardığı işin nəticəsi idi ki, Fransa kimi bir vaxtlar ermənipərəst mövqe tutan dövlət Azərbaycanla bu cür yaxın əlaqələr qurdu. Təsadüfü deyil ki, Azərbaycan-Fransa iqtisadi əlaqələri bu gün ən yüksək səviyyədədir. Onun son Fransa səfərindən sonra artıq “Rotşild” Banklar Qrupu Azərbaycana gəlmək istəyir. Ona görə də beynəlxalq münasibətlər sistemi prizmasından yanaşdıqda Mehriban xanım müsəlman dünyasında yeganə xanımdır ki, bu qədər böyük uğurlar əldə edib. Bu baxımdan Qafqazda Mehriban xanım qədər nüfuzlu xanım lider görmürəm. Bir sözlə, beynəlxalq müstəvidə Azərbaycanın təbliğində, mövqelərinin möhkəmlənməsində Mehriban xanımın rolu çox böyükdür”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ