Azərbaycanın işğal altındakı ərazilərində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub.
Baki-xeber.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, hadisə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində baş verib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir…