İran prezidenti Həsən Ruhani Qüdsün müdafiəsi yönündə istənilən müsəlman ölkəsilə əməkdaşlığa hazır olduğunu bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, İslam əməkdaşlıq Təşkilatının istanbulda keçirilən növbədənkənar Sammitində bəyan edib. Ruhani deyib ki, İran müqəddəs əl-Qüdsün müdafiəsi üçün heç bir şərt irəli sürmədən əməkdaşlığa hazırdır. Iran prezidenti bildirib ki, müsəlman ölkələri bütün mümkün vasitələrlə Amerikanın atdığı “bu axmaq addımın” reallaşmasına əngəl olmalıdır. Eyni zamanda o deyib ki, ABŞ prezidentini “bu dağıdıcı qərarı qəbul etməyə” gətirən səbəblər də araşdırılıb üzə çıxarılmalıdır.