ABŞ İsrail-Fələstin sülh prosesində özünün vasitəçi statusunu itirdi.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Fələstin prezidenti Mahmud Abbas İslam əməkdaşlıq təşkilatının İstanbulda keçirilən növbədənkənar sammitində səsləndirib. O deyib ki, Fələstin bundan sonra regionda sülh prosesində ABŞ-ın iştirakına imkan verməyəcək. “Biz bütün gücümüzlə işğal faktının təsdiqinə nail olmalıyq”- o deyib.
Mahmud Abbas xəbərdarlıq edib ki, Qüds Fələstinin paytaxtı kimi tanınmayınca regionda sülh və sabitlikdən danışmaq mümkün olmayacaq.