Rusiya mövqelərinin NATO sərhədləri yaxınlığında möhkəmlənməsi Alyansın "soyuq müharibə” dövründən bəri ilk dəfə təhlükəsizlik tədbirlərini gücləndirməsini qaçılmaz edib.Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bəyan edib. "Rusiya bizim zonanı bloklama potensialı adlandırdığımız fəaliyyətini (uçuşları) inkişaf etdirir. Biz isə, NATO olaraq, baş verənləri diqqətlə izləyirik. Bu həm də bizim "soyuq müharibə” dönəmindən sonra Rusiyanın Şimal, Baltik, Qara və Aralıq dənizlərində mövcudluğunu artırmasının qarşılığında qüvvələrimizi tənzimləmə səbəblərimizdən biridir” – deyə "İnterfaks” ondan sitat gətirir.
Xatırladaq ki, alyansın təşəbbüsü ilə Rusiya ilə NATO arasında əməkdaşlıq 1 aprel 2014-cü ildə dayandırılıb. Lakin Moskva ilə blok arasında əlaqələrin əsasını təşkil edən akt bu günə kimi qüvvədədir.