"İslam dövləti” terrorçu təşkilatının təlim düşərgəsinə düşmək istəyən iki gəng fransız Tunisdə saxlanaraq geriyə - ölkəsinə göndərilib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
19 və 20 yaşında olan gənclər öncə Liviya ekstremistlərinin təlim düşərgəsinə düşməyi, daha sonra İŞİD-in sıralarına qatılmağı planlaşdırırmış. Lakin həvəskar "cihadçılar” planlarını gerçəkləşdirə bilmədən Fransaya qaytarılıblar. Elə həmin gün – 13 noyabrda Parisdə silsilə terror aktları törədilib. Nəticədə 130 nəfər ölüb, 350 nəfər yaralanıb.