Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Tale Bağırzadə və digər 13 nəfərin saxlanıldığı yer məlum olub. Trend-in əldə etdiyi məlumata görə, həbs olunan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Saxlanılan şəxslər vəkillərlə təmin olunsalar da, hələlik vəkillərin müfəkkilləri ilə görüşmədiyi bildirilir.
Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində "Müsəlman Birliyi” adı altında qanunuz fəaliyyət göstərən 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla 7 nəfər öldürülüb.