Erməni silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunu yaralayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmənlə döyüşdə əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.